Daha bir mətbuat katibi vəzifədən ayrılıb

img

11-04-2022 [15:48]


Bakı Slavyan Universitetinin mətbuat katibi Mənsur İbrahimli vəzifəsindən azad edilib.

Mia.az xəbər verir ki, bu barədə Axar.az-a etibarlı mənbədən məlumat daxil olub.

Bildirilib ki, hələ universitetə yeni mətbuat katibi təyin olunmayıb.

Mənsur İbrahimli məlumatı təsdiqləyib: “Aprelin 4-də öz ərizəmə əsasən Bakı Slavyan Universitetinin Mətbuat və informasiya şöbəsinin müdiri vəzifəsindən azad edilmişəm. Hazırda səhhətimdə yaranmış problemlə əlaqədar ev şəraitində müalicə olunuram”.

Qeyd edək ki, M. İbrahimli 2019-cu ildən BSU-nun mətbuat katibi vəzifəsində çalışırdı.


Digər xəbərlər
SON XƏBƏRLƏR