SABİQ İCRA BAŞÇISI HAKİM QARŞISINDA: 140 nəfərin adına olan kart əməliyyatı, məktəb tikintiləri... - Vilyam Hacıyevin rüşvət mexanizminin detalları açıqlandı
11-04-2022 [13:19]
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində İmişli Rayon İcra Hakimiyyətinin (RİH) həbsdə olan sabiq başçısı Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmə iclasında şahidlər dindirilib.
Məlumata görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə şahid Şahin Nuriyev bildirib ki, 5 hektarlıq torpaq sahəsində tikinti işlərinin aparması üçün İmişli RİH-in əməkdaşı Cəmil Musayevə 5 min manat pul verib.
Şahid Əliağa Abdullayev isə İmişli rayonunda bələdiyyə sədri işləyini deyib. Onun sözlərinə görə, rayonda abadlıq işləri üçün V.Hacıyev ondan 2 min manat pul istəyib: “İmkanım isə 1 000 manata çatdı”.
Şahid Tofiq Rüstəmov sahibkarlıqla məşğul olduğunu bildirib. O qeyd edib ki, vəfat edən atasının adına olan torpağı öz adına keçirmək üçün İmişli Rayon İcra Hakimiyyətinin hüquq şöbəsində çalışan İbrahim Zahidova 1 000 manat pul verib.
Daha sonra digər şahid Qulu İsmayılov ifadə verib. O, "Kristal-2" MMC-nin icraçı direktoru olduğunu söyləyib:
"2013-cu ildə Vilyam Hacıyevdən əvvəlki icra başçısının vaxtında Qaragüvənli kəndində məktəb tikirdik. Sonra Vilyam Hacıyevin dövründə icra hakimiyyətinə çağırıldım və tikinti işlərinin davam etdirilməsini bildiridlər. Lakin məktəbin tikintisini davam etdirmək üçün ora ayrılan pulun 20 faizini verməli idim. Buna görə Vilaym Hacıyevə 251 min 330 manat rüşvət vermişəm. Daha sonra digər məktəbinin tikintisi yarımçıq olduğuna görə mənə tapşırldı. Şirkətin hesabına işi yekunlaşdırdım. İmişli rayonu Tərlan İsmayılov adına Cəfərli kənd 1 saylı tam orta məktəbinin tikintisi üçün isə 1 milyon 600 min manat vəsait ayrılmışdı. Həmin puldan 440 min manatı Vilyam Hacıyevə vermişəm. 2018-ci ildə beşmərtəbəli binanın tikintisi üçün isə 2 milyon 440 min manat pul köçürülmüşdü. Lakin həmin pulun 460 min manatını isə icra hakimiyyətinə verdim".
Prosesdə V.Hacıyevin sosial məsələlər üzrə müavini Hüseyn İbrahimov da dindirilib.
Onun sözlərinə görə, 2019-cu ildə 140 şəxsin adına olan kartlardan müəyyən məbləği çıxarıb İmişli RİH-in baş mühasibi Cəmil Musayevə verib: "Həmin əməkhaqqı kartı məndə olurdu. Təxminən içərisində 230 manat pul vardı. Vilyam Hacıyev deyirdi ki, pulları Cəmil Musayevə təqdim edək".
Məhkəmənin növbəti iclası aprelin 15-nə təyin edilib.
***
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində İmişli Rayon İcra Hakimiyyətinin (RİH) həbsdə olan sabiq başçısı Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmə iclasında şahidlər dindirilir.
Hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə şahid Vidadi Babayev sahibkarlıqla məşğul olduğunu deyib: "İmişlidə obyekt tikmək üçün sənəd lazım idi. Buna görə məni rayon icra hakimiyyətinə çağırdılar. Dedilər ki, Vilyam Hacıyev məzuniyyətdə çıxıb. Memarlıq şöbəsindən Orxan adlı şəxsə "şirinlik" olaraq 1 500 manat pul vermişəm".
Digər şahid qismində Həsən Hüseynov deyib ki, xırda təsərrüfat işləri ilə məşğul olur. O söyləyib ki,, rayonda 4 hektar torpaq sahəsi alıb: "Buna görə rüsum olaraq rayon icra hakimiyyətinin mühasibatlığına 150 manat pul verdim".
Məhkəmə davam edir/Report.
Qeyd edək ki, 2020-ci il mayın 5-də məhkəmənin qərarı əsasında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən V.Hacıyevin xidməti və yaşadığı ünvanlarda əməliyyat-istintaq tədbirləri həyata keçirilib. Daha sonra o, həbs edilib.
İstintaq orqanı tərəfindən V.Hacıyevin barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya isriaf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda), 311.3.3-cü (rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan olunub.
Mia.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi