Nazirlikdən xəbərdarlıq

img

01-04-2014 [12:07]


"Microsoft” şirkətinin rəsmi məlumatına görə, aprelin 8-dən şirkət öz məhsulu olan "Windows XP” sisteminə dəstəyini dayandıracaq. Bu sistemə texniki dəstək və ən əsası təhlükəsizlik yeniləmələri edilməyəcək.

Qeyd olunan tarixdən etibarən "Windows XP” sisteminə təhlükəsizlik yeniləmələrinin dayandırılması səbəbindən bu sistem mühafizə olunmayacaq. Sistemin istifadəçilərinin kompyuterləri təhlükə altında olacaq. Sözügedən tarixdən etibarən "Office 2003” proqramlar paketinə də dəstək dayandırılacaq.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron Təhlükəsizlik Mərkəzi (ETM) "Windows XP” əməliyyatlar sistemindən istifadə edən bütün istifadəçilərə aprelin 8-dək rəsmi istehsalçı tərəfindən dəstəklənən və daim yenilənən sistemlərə keçməyi məsləhət görür.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA