Ceyhun Bayramov İsrailin turizm naziri ilə görüşüb - Nələr müzakirə olunub?
08-04-2022 [14:08]
Xarici işlər naziri Ceyhun Bayramov İsrail-Azərbaycan Hökumətlərarası Birgə Komissiyasının həmsədri, İsrailin turizm naziri Yoel Razvozov ilə görüşüb.
Mia.az XİN-ə istinadla xəbər verir ki, qarşı tərəfi salamlayan nazir Ceyhun Bayramov öncə, dünən Tel-Əvivdə baş vermiş terror aktı ilə bağlı başsağlığını çatdırıb, terrordan əziyyət çəkən ölkə kimi Azərbaycanın terrorçuluğun bütün forma və təzahürlərini qətiyyətlə qınadığını bildirib.
Nazir, Azərbaycanın İsrail ilə münasibətlərin inkişafına önəm verdiyini qeyd edərək, İsraildə Azərbaycan ticarət nümayəndəliyinin fəaliyyət göstərməsinin və Turizm Mərkəzinin açılmasının bu xüsusda əhəmiyyətini vurğulayıb. İki ölkə arasında mövcud olan yüksək səviyyəli siyasi dialoqu məmnunluqla qeyd edən nazir, qarşılıqlı səfərlərin əlaqələrin daha da inkişafına müsbət təkan verdiyini bildirib.
Nazir Ceyhun Bayramov 7 aprel tarixində Azərbaycan və İsrail arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd edildiyinə istinad edərək, bu xüsusda təbriklərini və xoş arzularını qarşı tərəflə bölüşüb.
İsrail Dövlətinin turizm naziri Yoel Razvozov Azərbaycana səfəri çərçivəsində keçirilmiş məhsuldar görüşləri, xüsusilə də dövlət başçısı ilə aparılan müzakirələri, eləcə də digər ikitərəfli təmasları məmnunluqla qeyd edib. İki ölkə arasında son 30 ildə bir çox istiqamətlərdə inkişaf edən dostluq və əməkdaşlıq münasibətləri və bu əlaqələrin daha da inkişafı potensialı vurğulanıb. Nazir Razvozov İsrailin Azərbaycanın ərazi bütövlüyünə hər zaman olan dəstəyini bir daha ifadə edib.
Tərəflər iki ölkə arasında münasibətlərin bir sıra sahələrdə, o cümlədən energetika, təhsil, yüksək texnologiyalar, hərbi-texniki, turizm və s. istiqamətlərdə inkişafı perspektivləri ətrafında fikir mübadiləsi apardılar.
Nazir Ceyhun Bayramova qarşı tərəfə bölgədə mövcud olan post-münaqişə vəziyyəti, o cümlədən ərazilərin minalardan təmizlənməsi, bərpa və rekonstruksiya işləri barədə məlumat verdi və İsrail şirkətlərinin bu prosesdə iştirakını məmnunluqla vurğulayıb.
Görüş zamanı qarşılıqlı səfərlərin davamlılığının, habelə iki ölkə XİN-ləri arasında siyasi məsləhətləşmələrin davamlı həyata keçirilməsinin vacibliyi qeyd edilib.
Görüşdən sonra nazir Ceyhun Bayramov və nazir Yoel Razvozov Xarici İşlər Nazirliyində təşkil edilmiş, Azərbaycan Respublikası və İsrail Dövləti arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinə həsr olunmuş sərgidə iştirak ediblər.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi