Mikayıl Cabbarovun işçiləri “QAİşnik” kimi davranırlar

img

01-04-2014 [10:44]



Təhsil Nazirliyində vəzifə səlahiyyətlərinin nədən ibarət olduğunu bilməyən xeyli məmur var. Onların hamısı da Mikayıl Cabbarovun gəlişindən sonra nazirliyə ayaq açmış kadrlardır.

 Bu sözləri mia.az-a üzləşdiyi problemlərlə bağlı tez-tez Təhsil Nazirliyinə gedən müəllimlərdən biri deyib. Onun sözlərinə görə, Misir Mərdanovun dövründə problemləri həll eləməsələr , gələn şikayətçiləri normal qəbul edib, izahat verirdilər: "İndikilər isə nəinki adamı normal qəbul edirlər, hətta sahələri üzrə problemlərin mahiyyətindən, onun həlli yollarından belə xəbərsizdirlər. Özlərini bazar səviyyəsində aparan belə kadrlara isə problemi anlatmaq çox çətindir”.

 Müsahibimiz əsasən Təhsil Nazirliyində Ali Təhsil İdarəsinin əməkdaşlarından şikayətlənir: "Mikayıl Cabbarov nazirliyin Ali hsil İdarəsinə iki yeni əməkdaş gətirib. Ixtisasca avtomobilist olan Yaqub Piriyev və Sülhəddin Gözelov vəzifə öhdəliklərindən tamamilə xəbərsizdirlər. Adıçəkilənlər nazirliyə  gələn şikayətçilərlə ixtisaslarına uyğun olaraq  "QAİşnik” kimi davranırlar. Hər iki vəzifəli şəxsin nazirliyin iş prinsipinə hələ də uyğunlaşa bilmədikləri açıq-aydın görünür. Digər şöbələrdə vəziyyət ürəkaçan deyil. Elə bir vəziyyət yaranıb ki, artıq şikayətçilər nazirliyin köhnə kadrları Misir Mərdanovun ölənlərinə rəhmət oxuyurlar”.

 

 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA