01-04-2014 [10:20]
İmişlidə təhsil və uşaqların gələcəyi ciddi təhlükə həddindədir. Rayonun və ümumilikdə Azərbaycanın gələcəyinə qəsd isə «beşik»dən, yəni bağçadan başlayır.
Mia.az xəbər verir ki, bu sözlər İmişlidən bir qrup ziyalının göndərdiyi məktubda əks olunub.
Məktubda bildirilir ki, İmişlinin gələcəyinə qəsd edən planı isə 2006-cı ildən start götürüb: «Görün hansı vəziyyət yarandı ki, sabiq icra başçı Əbülfəz Ağayev, keçmiş təhsil naziri Misir Mərdanov və hazırkı əmlak məsələləri üzrə komitə sədri Kərəm Həsənov İmişli 1 saylı uşaq bağçasını bir iş adamına özəlləşmə adı ilə satdılar. Bağçanı «su qiyməti»nə özəlləşdirən şəxs 28 isə mağaza, bir də bank tikib. Artıq qoyduğu mayanı çıxardıb. Bundan əlavə, keçmiş başçı Ağayev 1 saylı orta məktəbin ərazisində də «Azərenerji»yə bank tikməyə icazə verdi. Artıq bina hazırdır. Bank tikilən ərazi məktəbin basketbol sahəsi idi. İndi demək olar ki, məktəbin bütün ərazisini tutub».
Ziyalılar yazırlar ki, özəlləşdirilmiş bağçanın vaxtı ilə yenidən layihələndirilməsini mərhum prezident Heydər Əliyev digər rayonlara da nümunə kimi göndərib: «Bəli, bu bənzəri olmayan tikinti idi. Hazırkı başçı Vilyam Hacıyev, artıq üç bağça tikintisini başlatdırıb. Yer olmadığına görə, hətta dəmiryolu vağzalı ətrafındakı yol da bağlanır. Yenə sağ olsun. Keçmiş başçıdan fərqli addım atıb. İmişlinin deputatı Əsabil Qasımov da məktəbbazdır. Soruşan lazımdı ki, ay Əsabil müəllim, sənin kimi biznesmenlər olanlar özləri üçün otel, şadlıq sarayı və digər gəlir gətirən obyekt tikirlər, sənin məktəb nəyinə lazımdır axı? Onsuz da uşaqlar oxumur. Heç məktəbə dərsə gələnlər də yoxdur. Görün, vəziyyət nə yerdədir ki, bir ay bundan əvvəl başçı Vilyam Hacıyev başının dəstəsi ilə 1 nömrəli məktəbə gedəndə, şok mənzərəyə şahid olublar. Xl "L” sinfində cəmi 4 şagird parta arxasında olub. Başçı tövrünü pozmur. Şagirdləri sorğu-suala tutur. Şagirdlərin biri çox savadlı imiş. Başçı məəttəl qalır. Müəllimə sual verir ki, bu şagird sənin qohumun deyil ki? Cavab verir ki, qaçqındır. Başçı davamiyyətə görə təhsil şöbəsinin müdiri və məktəb direktoruna töhmət elan edir».
Müəlliflər onu da bildirirlər ki, V.Hacıyev bir neçə ay əvvəl keçirdiyi müşavirədə 19 məktəb direktorunu ayağa qaldırıb: «Başçı direktorlara deyib ki, niyə ali məktəblərə sizlərin məktəblərindən bir nəfər də olsun qəbul olunmayıb? Müəllimlər cavab verə bilməyib. Axı, nə cavab verəcəklər? Müəllimlərin biri dedi ki, yuxarı sinif şagirdləri onsuz da dərsə gəlmir. Araz qırağındaki restoranlarda, kafelərdə sulu qəlyan çəkirlər. Müəllimlərin həddi nədir ki, onlara desin, dərsə gəlin. Bakıda çoxmərtəbəli binalar tikən 2 nəfər - Vilayət Talıblı və Yasəf Hüseynov da yuxarıda adları çəkilən və ərazisi satılan həmin 1 nömrəli şəhər orta məktəbini bitiriblər. Təhsillərinə söhbət ola bilməz, amma digər tikinti kralları, "ZİL” sürücüləri, kartof –yemiş satan olublar. O binalardan ev alanlar bir az ehtiyatlı olsunlar…».
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi