Azərbaycan Ordusu Naxçıvanda növbəti təlimdə - VİDEO
06-04-2022 [16:46]
Naxçıvan Qarnizonu Qoşunlarının 2022-ci tədris ilinə uzlaşma planına əsasən “Dövlət sərhədinin pozulması hallarının qarşısının alınması üzrə sərhəd axtarışının təşkili” mövzusunda birgə taktiki təlim keçirilib.
Mia.az xəbər verir ki, təlimin ssenarisinə əsasən sərhəd pozucuları dövlət sərhədini pozaraq Naxçıvan Muxtar Respublikasının ərazisinə keçməyə cəhd edirlər. Sərhəd naryadından daxil olmuş siqnala əsasən sərhəd bölmələrinin şəxsi heyəti “Silaha” komandası ilə qaldırılır. “Həyəcan qrupu” hadisə baş vermiş əraziyə, “Hərbi pərdələyici dəstə” sərhəd naryadları isə dövlət sərhədinin pozulduğu istiqamətdə təyin olunmuş hüdudlar boyu ərazinin qapadılması üçün hərəkət edirlər. Dövlət sərhədinin pozulması əlamətləri aşkar edildikdən sonra sərhədin mühafizəsi gücləndirilməklə aidiyyəti qurumların müvafiq bölmələri xəbərdar edilir. Sərhəd komendantlığının mobil qrupları və sərhəd zastavalarından cəlb olunmuş axtarış qrupları tərəfindən dövlət sərhədinin pozulduğu istiqamətdə axtarış tədbirləri həyata keçirilir.
Əməliyyat-axtarış tədbirlərinin daha effektli həyata keçirilməsi üçün əməliyyat rayonunda birgə qərargah yaradılır. Axtarış rayonunda sərhəd pozucularının dərinliyə sızmasına imkan verməmək məqsədilə “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının bağlama qrupları ilə birgə Əlahiddə Ümumqoşun Ordunun xüsusi təyinatlı bölmələrindən və Daxili Qoşunların “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasının xüsusi təyinatlı dəstəsindən ayrılmış qruplar da cəlb edilməklə təyin olunmuş hüdudlar boyu ərazi qapadılır. Birgə fəaliyyət zamanı təcrid edilmiş ərazilərdəki yaşayış məntəqələrində naməlum şəxslər haqqında məlumatların toplanılması məqsədilə əraziyə yaxın yollarda reydlər keçirilir, əməliyyat rayonunun giriş-çıxış yollarında nəzarət məntəqəsi xidməti təşkil olunur.
Aparılmış uğurlu axtarış tədbirləri nəticəsində aşkar olunmuş sərhəd pozucuları mühasirəyə alınaraq yaxalanır və sərhəd axtarışı ərazisində fəaliyyət dayandırılaraq rejimə qoyulmuş məhdudiyyətlər aradan qaldırılır.
Təlimin yekununda "Naxçıvan" Əlahiddə Sərhəd Diviziyası komandirinin birinci müavini - qərargah rəisi polkovnik Muxtar Həmzəyev birgə fəaliyyət nəticəsində təlimdə qarşıya qoyulmuş məqsədlərə nail olunduğunu bildirib.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi