31-03-2014 [18:25]
31 mart 2014-cü il tarixdəAzərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib.
İclasın gündəliyinə iki məsələ daxil edilib:
-2014-cü ilin 2-ci rübü üçün KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqəyə təqdim edilmiş layihə təkliflərinin müzakirəsi;
-Cari məsələlər.
İclası açıq elan edən Fondun Müşahidə Şurasının sədri Umud Mirzəyev gündəlkdə duran birinci məsələ barədə məlumat vermək üçün sözü Fondun icraçı direktoru Vüqar Səfərliyə verib. Vüqar Səfərli bildirib ki, "2014-cü ilin II rübü üçün KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqə”yəümumilikdə 35 redaksiyadan layihə təklifi təqdim olunub.Təqdim edilmiş layihə təklifləri Fondun ekspertləri tərəfindən araşdırılıb. Layihə təkliflərinin araşdırılması ilə yanaşı, müsabiqənin tələblərindən irəli gələn digər sənədlər də yoxlanılmış, o cümlədən, qəzetlərin son üç ay üzrə tirajını, abunə və satışını əks etdirən hesabat hazırlanmışdır.
Hazırlanmış hesabatlar və layihə təklifləri müzakirə üçün Müşahidə Şurasının üzvlərinə təqdim edilmişdir. Vüqar Səfərli əlavə etmişdir ki, "Azadlıq" qəzetinin redaksiyası KİVDF Müşahidə Şurasının30 dekabr 2013-cü iltarixli iclasında bu qəzetə qarşı irəli sürülən iradların aradan qaldırılmasına dair sənədləri Fondun katibliyinə təqdim etmiş, "2014-cü ilin II rübü üçün KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqə”yə qatılmaq istəyini ifadə etmişdir.
Bundan sonra Müşahidə Şurasının üzvləri təqdim edilmiş sənədlər ətrafında müzakirələr aparmışlar. Şura üzvlərindən Əflatun Amaşov, Bəxtiyar Sadıqov, Vüqar Rəhimzadə, Müşfiq Ələsgərli, Rəşad Məcid, İntiqam Hümbətov çıxış edərək "Azadlıq" qəzetinin müsabiqədə iştirak etmək istəyi ilə bağlı fikirlərini bildirmişlər. Qeyd edilmişdir ki, Fondun Nizamnaməsinin4.1.10-cu bəndində, layihələr üzrə müqavilə şərtlərini pozan kütləvi informasiya vasitələrinin 2 ilədək müddətə belə müsabiqələrdə iştirakdan məhrum edilməsi nəzərdə tutulmuşdur. Lakin, "Azadlıq" qəzetinin göstərilən iradları aradan qaldırdığını bildirməsini nəzərə alaraq, onun müsabiqədə iştirakı məsələsinə yenidən baxılması mümkündür.
Müşahidə Şurası müzakirələrin nəticəsi olaraq, "Azadlıq" qəzetinin monitorinq edilməsi və redaksiyanın təqdim etdiyi sənədlərin araşdırılması üçün Şura üzvləri Bəxtiyar Sadıqov, Vüqar Rəhimzadə və Müşfiq Ələsgərlidən ibarət İşçi qrupunun yaradılması barədə qərar qəbul etmişdir. İşçi qrupun hazırlayacağı rəyə əsasən, növbəti müsabiqə dövründə "Azadlıq" qəzetinin müsabiqədə iştirakı barədə qərar veriləcək.
Müzakirələri davam etdirən Şura üzvləri müsabiqəyə təqdim edilmiş layihə təkliflərinin araşdırılmasının yekunu olaraq, qəzetlərin dövriyyəsini, tirajını və yayımını nəzərə alaraq, 34 redaksiyanın layihə təkliflərinin maliyyələşdirilməsi barədə qərar qəbul etmişdir.
Cari məsələlər bölümündə Azərbaycan Respublikası Prezidentinin sərəncamı iləjurnalistlər üçün inşa edilən yeni binanın tikintisinin gedişi barədə dinləmələr keçirilib.
2014-cü ilin II rübü üçün layihələrinin maliyyələşdirilməsi nəzərdə tutulan redaksiyaların siyahısı aşağıda təqdim edilir.№ | Qəzetin Adı | Ayrılan məbləğ |
1. | "Kaspi” qəzeti | 30000 |
2. | "Mövqe” qəzeti | 30 000 |
3. | "Yeni Azərbaycan” qəzeti | 30 000 |
4. | "Ayna-Zerkalo” qəzeti | 30 000 |
5. | "Ədalət” qəzeti | 30 000 |
6. | "525-ci qəzet” qəzeti | 30 000 |
7. | "Səs” qəzeti | 30 000 |
8. | "Bakı-Xəbər” qəzeti | 30 000 |
9. | "Yeni Müsavat” qəzeti | 30 000 |
10. | "Olaylar” qəzeti | 30 000 |
11. | "Ekspress” qəzeti | 30 000 |
12. | "Palitra” qəzeti | 30 000 |
13. | "Paralel” qəzeti | 20 000 |
14. | "Həftə İçi” qəzeti | 20 000 |
15. | "Azad Azərbaycan” qəzeti | 20 000 |
16. | "Şərq” qəzeti | 20 000 |
17. | "Xalq Cəbhəsi” qəzeti | 20 000 |
18. | "Futbol+Qol” qəzeti | 20 000 |
19. | "Bizim Yol” qəzeti | 20 000 |
20. | "Zaman-Azərbaycan” qəzeti | 20 000 |
21. | "Kaspi rus” qəzeti | 20 000 |
22. | "Novoye Vremya” qəzeti | 15 000 |
23. | "Futbol+” qəzeti | 15 000 |
24. | "Üç Nöqtə” qəzeti | 15 000 |
25. | "Unikal” qəzeti | 10 000 |
26. | "Olimpiya Dünyası”qəzeti | 10 000 |
27. | "Azernews” qəzeti | 10 000 |
28. | "Oxu Məni” qəzeti | 10 000 |
29. | "Reytinq” qəzeti | 5 000 |
30. | "Təhsil Problemləri” qəzeti | 4 500 |
31. | "The Business Times” qəzeti | 4 500 |
32. | "Hərbi And” qəzeti | 4 500 |
33. | "Türküstan” qəzeti | 4 500 |
34. | "İqtisadiyyat” qəzeti | 4 500 |
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi