31-03-2014 [18:11]
Bu gün ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib. Toplantıda ölkə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslər əsas müzakirə obyekti olub. Ukrayna hadisələrinə bir daha diqqət yetirən İdarə Heyəti son günlər bu ölkə ətrafında cərəyan edən müsbət gəlişmələri dəyərləndirib və Ukrayna ilə Rusiya arasındakı münaqişənin diplomatik və dinc yolla həlinin dünya təhükəsizliyi üçün vacib şərt olduğunu diqqətə çatdırıb.
Partiya yetkililəri son günlər atılan bir sıra müsbət addımları, xüsusi ilə Parisdə keçirilən Kerri- Lavrov görüşünün nəticələrini, Rusiyanın öz qoşunlarının əsas hissəsinin Ukrayna ilə sərhəddən geri çəkilməsi ilə bağlı bəyanatın və Krımda yerləşən Ukrayna hərbi texnikasının Ukraynaya qaytarıması haqda təşəbbüsün sonrakı proseslərdə Ukraynanın mənafeyinə uyğun həll olunmasına xidmət edən faktorlar olduğunu qeyd edib.
İdarə Heyəti eyni zamanda Krım tatarlarının öz müqəddəratını təyin etmək baradə iradə nümayiş etdirərək Krım Tatar Muxtar Vilayətinin elan olunması istiqamətində qəbul etdiyi qərarı müsbət dəyərləndirib və dünya dövlətlərini Krım tatarlarının milli iradəsinə hörmətlə yanaşmağa və bu qərarın gerçəkləşməsi istiqamətində təsirli tədbirlər görməyə çağırıb.
İdarə Heyəti BMT-də Ukrayna məsələsinin müzakirəsi zamanı Azərbaycan dövlətinin Ukraynanın müstəqiliyi və ərazi bütövlüyü ilə bağlı məsələdə digər dövlətlərlə yanaşı prinsipallıq nümayiş etdirməsini müsbət dəyərləndirib və bu siyasi iradənin Ukrayna xalqının milli iradəsinə hörmətlə yanaşı xalqımızın dövlət maraqlarına uyğun olduğunu qeyd edib və bu məsələ ətrafında dövlətimizə hər hansı təzyiq göstəriləcəyi halda müxalif qüvvələrin Azərbaycanın mənafeyi naminə hakimiyyətlə vahid mövqedən çıxış etməsinin zəruriliyini diqqətə çatdırıb.
İdarə Heyəti Türkiyədə keçirilən bələdiyyə seçkilərinin nəticələrinə münasibət bildirib, bu seçkilərin əsasən azad, demokratik, qanuni keçirilməsini qeyd edib və Türkiyə xalqının milli iradəsini təmsil etmə baxımından bu seçkilərdə qələbə qazanması münasibəti ilə bağlı AKP iqtidarını təbrik edib.
Eyni zamanda İdarə Heyəti Türkiyə yetkililərini bu qələbədən şəxsi və partiya maraqlarının qabardılması kimi deyil, bölgədə ən güclü və demokratik bir dövlətin təmsilçisi olmaq, dünyada gedən qlobal proseslərə müsbət təsir etmək baxımından yararlanmağın vacibliyini diqqətə çatdırıb və seçkilərdən sonrakı dövrdə demokratik azlığın iradəsinə hörmətlə yanaşmağa, ölkədə qarşılıqlı anlaşmaya, barışa doğru addımlar atmağa çağırıb. İdarə Heyəti eyni zamanda Türkiyədə 30 mart tarixli bələdiyyə seçkilərinin nəticələrini Türkiyədə separatizmin və millətçiliyin ciddi dəstək almadığının, AKP hökunmətinin uğurlu daxili və xarici siyasətinin xalq tərəfindən dəstəkləndiyinin bir daha təsdiqi kimi dəyərləndirib.
İdarə Heyəti 31 Mart Azərbaycanlıların Soyqırımı gününün ildönümünü müzakirə edərək bu hadisənin milli yaddaşa həkk olunması istiqamətində təbliğatın gücləndirilməsinin vacibliyini, eyni mahiyyətli olduğuna görə Xocalı Soyqırımı ilə 31 Mart qırğınını birləşdirməyi və soyqırımı dünya ictimaiyyətinə çatdırılması üçün daha geniş dövlət tədbirlərinin, bu tədbirlərin yalnız təqvimdən təqvimə deyil, ardıcıl və məqsədyönlü şəkildə həyata keçirilməsinin vacibliyini diqqətə çatdırıb və hakimiyyəti dünya dövlətlərinin bu hadisələrə hüquqi və siyasi qiymət vermələri üçün səylərini artırmağa çağırıb.
İdarə Heyəti eyni zamanda hakimiyyəti 31 mart qırğınının bölşeviklərin rəhbərliyi ilə həyata keçirilməsini, Azərbaycan istiqlaliyyətinə qarşı çıxış etdiklərinə, Respublikamızın Rusiya tərəfindən işğal və ilhaq edilməsində müstəsna rol oynamış və Krımın işğalı ilə bağlı dövlət və milli maraqlarımıza zidd mövqe nümayiş etdirdiyini nəzərə alaraq Azərbaycanın müvafiq dövlət orqanlarını ruz bolşevizminin müasir davamçsı olan Azərbaycan Kommunist Partiyasının fəaliyyətinin dayandırılması ilə bağlı qərar verməyə çağırıb.
Sonda partiyanın cari fəaliyyəti ilə bağlı bir sıra qərarlar qəbul edilib.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi