Xarici İşlər Nazirliyində Rusiya ilə bağlı tədbir və sərgi keçirilib
04-04-2022 [18:26]
Aprelin 4-də Xarici İşlər Nazirliyində Azərbaycan və Rusiya arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə tədbir və sərgi keçirilib.
XİN-dən Mia.az-a verilən məlumata görə, tədbirdə Azərbaycan XİN-in rəhbər heyəti, Rusiyanın Azərbaycandakı Səfirliyinin rəhbərliyi və əməkdaşları iştirak ediblər.
Tədbir hər iki ölkənin dövlət himnlərinin səslənməsi ilə başlayıb.
Azərbaycan xarici işlər nazirinin müavini Fariz Rzayev iki ölkə arasında diplomatik münasibətlərin 4 aprel 1992-ci ildə qurulmasına baxmayaraq, münasibətlərin tarixinin daha qədim olduğunu qeyd edib. SSRİ-nin dağılmasından sonra iki ölkə arasında ənənəvi dostluq və qarşılıqlı hörmətə əsaslanan münasibətlərin saxlanılmasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müstəsna rolu olduğunu bildirən nazir müavini iki ölkənin dövlət başçıları arasında qarşılıqlı etimada əsaslanan siyasi dialoq sayəsində bugün müxtəlif sahələrdə, o cümlədən siyasi, iqtisadi, humanitar və təhsil sahələrində Azərbaycan və Rusiya arasında səmərəli əməkdaşlığın mövcud olduğunu ifadə edib. Nazir müavini Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşmasında Rusiyanın vasitəçi rolunu yüksək qiymətləndirdiyimizi bildirib və regionda sülh və sabitliyə nail olmaq üçün imzalanmış üçtərəfli bəyanatların bütün müddəalarının tam şəkildə yerinə yetirilməsinin mühüm şərt olduğunu vurğulayıb.
Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov son 30 ildə iki ölkə arasında münasibətlərin inkişaf dinamikasından bəhs edərək əlaqələrin davamlı şəkildə yüksələn xətt üzrə irəlilədiyini qeyd edib. Münasibətlərin təməlində yaxın zamanlarda 25 illiyini qeyd edəcəyimiz Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında 3 iyul 1997-ci il tarixli Müqavilənin dayandığı qeyd edilib və növbəti illərdə iki ölkə arasında imzalanan birgə sənədlər məmnununluqla vurğulanıb. Azərbaycan və Rusiya arasında münasibətlərin inkişafının əsasında iki dövlət başçısı arasında mövcud olan yaxşı münasibətlər ilə yanaşı, iki xalq arasında tarixən mövcud olan sıx təmasların durduğu bildirilib. 30 il bundan öncə əsası qoyulan münasibətlərin bugün öz bəhrəsini verdiyini qeyd edən səfir, əlamətdar gün münasibətilə öz təbriklərini tədbir iştirakçıları ilə bölüşüb.
Tədbirin sonunda iştirakçılar Azərbaycan və Rusiya arasında diplomatik münasibətlərin 30 illiyinə həsr edilmiş sərgi ilə tanış olublar.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi