Bu gün Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyilə Sumqayıt şəhər Nizami Gəncəvi adına Texniki və Təbiət Elmləri Liseyinin tir atıcılıq mərkəzində "Düşmən hədəfindi Azərbaycan əsgəri” adlı layihənin dördüncü-yekun turu keçirilib.
Dördüncü turda ali,orta ixtisas və ümumtəhsil orta məktəblərin yuxarı siniflərində təhsil alan sumqayıtlı gənclər iştirak edib.Yarışa start verilməmişdən öncə layihə rəhbəri Əli Aslanov iştirakçılara 31 mart soyqırım günü haqqında məlumat verib. O bildiribki, 1918-ci ilin 30 mart -04 aprel tarixlərində Bakı Sovetinin təşkilatçılığı ilə erməni-daşnak qrupları Bakı şəhəri daxil olmaqla Şamaxı, Quba, Qarabağ və s. bölgələrdə azərbaycanlılara qarşı qırğınlar törətmiş və on minlərlə insan məhv edilib.
Yarış ilk öncə bölünmüş qruplar arasında keçirilib.növbəti mərhələdə isə qrup qalibləri arasında IV turun ilk üç qalibi müəyyən edilib. Yarış zamanı hər bir iştirakçının topladığı xallar qeydə alınıb və dördüncü turun yekun protokolu tərtib olunub.
Sonda hər bir turun qalibləri arasında yarış keçirilib, I-III yerin qalibləri müəyyən edilərək layihəyə yekun vurulub.

