SABİQ İCRA BAŞÇISI HAKİM QARŞISINDA: idarə, birlik rəisləri, direktor və digər zərərçəkənlər Vilyam Hacıyevin üzünə durdu (YENİLƏNİB)
04-04-2022 [13:00]
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində İmişli Rayon İcra Hakimiyyətinin (RİH) həbsdə olan sabiq başçısı Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmə iclasında şahidlər dindirilir.
Məlumata görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə şahid Feyzi Məmmədov bildirib ki, hazırda İmişi şəhər Mənzil-Kommunal Təsərrüfatı Birliyinin sədri vəzifəsində çalışır.
O deyib ki, daha əvvəl işlədiyi idarə rayonda tədbirlərin keçirilməsi ilə bağlı İmişi RİH-nə 10 min 800 manat pul verib: "Bizim idarənin müdiri Rəhim Rəhimov idi. Rayonda işlərin görülməsi ilə bağlı Rəhim Rəhimov söylədi ki, rayon rəhbərliyinin tapşırığı ilə pul verməliyəm. Mən də ümumilikdə 10 min 800 manat pul verdim"/Report.
Digər şahid Asif Bədirov bildirib ki, Meliorasiya və Su Təsərrüfatı ASC-nin İmişi rayon idarəsinin rəisi işləyir.
Onun sözlərinə görə, atası ilə birgə V.Hacıyevin qəbulunda olub: "Su kanalın çəkilməsi məsələsi var idi. Atam onun qəbulundan çıxdı və dedi ki, 300 min manatın 75 min manatını Vilyam Hacıyevə verək. Mən də razılaşdım və atam pulu yanımda Vilyamın sürücüsünə verdi. Layihəni yekunlaşdırdıq. Eyni zamanda rayonda abadlıq işlərinin aparılması üçün də 1000 manat rayon icra hakimiyyətinin maliyyə rəisi Cəmil Musayevə təqdim etdim".
Şahid Zakir Uğurluyevin sözlərinə görə, rayonda şirkət rəhbəri vəzifəsində çalışır. O vurğulayıb ki, İmişli rayonununda abadlıq işlərinin aparılması üçün rayonun maliyyə şöbəsinin rəisi Cəmil Musayevə 16 min manat pul verib: "Mal bazarının içərisində yeməkxana tikilməsi üçün 10 min manat vermişəm".
İmişli Olimpiya Kompleksinin keçmiş direktoru Akif Quliyev də ifadə verib. O bildirib ki, direktor təyin olunmaq üçün Cəmil Musayevə 10 min manat pul verib.
"Göyüşlü" tikinti şirkətinin təsisçisi Asif Cavadov şahid qismində dindirilən zaman söyləyib ki, MMC-si İmişli rayon İlqar Əhmədov adına Xoşçobanlı məktəbin tikintisi üçün elan olunan tenderin qalibi olub: "Üç dəfə Vilyam Hacıyevin qəbulunda olmuşam. Müqavilənin 950 min manatdan ibarətdir. Buna görə şirkətimizə 840 min 930 manat pul köçdü. Həmin pulun 284 min 425 manatını çıxarıb Vilyam Hacıyevə verdim. Məktəbin tikintisinə 742 min manat sərf olunub. Tikintini yekunlaşdırmaq üçün maşınımı və evimi satdım. Bu layihədən ziyanla çıxaraq müflis oldum".
Məhkəmənin növbəti iclası aprelin 11-nə təyin edilib.
Qeyd edək ki, 2020-ci il mayın 5-də məhkəmənin qərarı əsasında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən V.Hacıyevin xidməti və yaşadığı ünvanlarda əməliyyat-istintaq tədbirləri həyata keçirilib. Daha sonra o, həbs edilib.
İstintaq orqanı tərəfindən V.Hacıyevin barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya isriaf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda), 311.3.3-cü (rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan olunub.
Mia.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi