Zakir Həsənovdan dəyişiklik: nazir rəisi işdən çıxardı

img

31-03-2014 [17:39]


Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun əmri ilə Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələrinin (HDQ) komandanı vəzifəsini icra edən, HDQ-nin qərargah rəisi, I dərəcəli kapitan (polkovnik) Yunus Məmmədov sərəncama göndərilib.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Y.Məmmədov sərəncama göndərilsə də, hələlik ordu sıralarından tərxis olunmayıb. HDQ-nin qərargah rəisi vəzifəsinin icrası isə II dərəcəli kapitan (polkovnik-leytetant) Şahin Məmmədova tapşırılıb. O, eyni zamanda, hələlik HDQ-nin komandanı vəzifəsini icra edəcək.

Qeyd edək ki, cəmi bir neçə gün əvvəl, martın 11-də Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin sərəncamı ilə Hərbi Dəniz Qüvvələrinin komandanı, vitse-admiral Şahin Sultanov vəzifəsindən azad edilmiş, daha sonra həmin vəzifənin icrası Hərbi Dəniz Qüvvələrinin qərargah rəisi, I dərəcəli kapitan Yunus Məmmədova tapşırılmışdı.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA