Ərdoğanın zəfər çıxışı (VİDEO)

img

31-03-2014 [08:16]


AKP lideri, Türkiyənin baş naziri R.T.Ərdoğan seçkilərin nəticələri tam açıqlanmamış olsa da, partiyasının mərkəzi ofisinin bolkonundan xalqa xitab edib. Musavat.com həmin çıxışı canlı olaraq təqdim edir.

Burada maraqlı detal budur ki, baş nazirin yanında rüşvət əməliyyatının hədəfi olan oğlu Bilal da dayanıb.

Ərdoğan çıxışına dünyanın hər yerindən AKP üçün dəstək və dua edənlərə təşəkkürlə başladı. Daha sonra müxalifətə və "paralel yapı" dediyi Fətullah Gülən camaatına kəskin şəkildə tənqidlər yağdırdı. Ərdoğan "Millət bu gün sandıqda Türkiyəyə və dünyaya mesaj verdi", deyərək, qalib kimi çıxışını davam etdirib. O deyib ki, "biz Pensilvaniya və buradakı xain uzantılarına bu vətəni təslim etməyəcəyik, biz bu vətəni küçədən tapmadıq".

Baş nazir Gülən camaatını dövlət sirlərini xarici ölkələrə təqdim etməkdə suçlayıb. "Bunlar Haşhaşiləri də keçdi", deyən, Ərdoğan siyasi rəqiblərindən daha çox F. Gülənə diqqət ayırıb. Bu da onu göstərir ki, deyilənlər doğrudur, seçkidən dərhal sonra "Camaat"a qarşı amansız hücumlar başlayacaq.

"Bu gün kaset siyasəti uduzmuşdur, millət bunlara gerçək Osmanlı tokatı çəkmişdir", deyən baş nazir siyasi müxalifəti də qınayıb. Ərdoğan deyib ki, "sandıqda bu gün demokratiya, milli iradə qazandı... Kimin nə məsələsi varsa, sandıqda çözüm yolu axtarmalıdır".

Ərdoğan deyib ki, biz partiyamıza səs verməyən vətəndaşın da təpkisini və mesajını anladıq. Bunun üzərində də düşünəcəyik. Lakin yaxşı olar ki, müxalifət də bu barədə düşünsün, sandıqda verilən mesajı doğru anlasın. Ərdoğan siyasi müxalifəti Pensilvaniyadan gələn təxribatlara uymaqda suçladı.

Türkiyənin baş naziri "əski Türkiyə yoxdur, indi Yeni Türkiyə vardır. Bu Yeni Türkiyənin yeni müxalifətə ehtiyacı vardır. Sadcə iqtidar partiyasının Türkiyəni qucaqlamağa imkanı yoxdur. Bunu müxalifətlə birgə etməliyik. ... Müxalifət partiyalarının yönəticiləri bu axşam aynaya baxmalı, hərəkətlərinə çəki-düzən verdməlidirlər. Onlar AK partinin biləyini tək bükə bilmədilər, kollektiv çalışdılar"...

Ərdoğanın "Millət istiqlalına uzanan əlləri sandığa gömmüşdür", sözü AKP binası qarşısına toplanan onminlərlə vətəndaş tərəfindən coşqu və alqışlarla qarşılanıb.
"Bayrağına sahib çxan əziz milətimə təşəkkür edirəm... Biz əzəldən gələn, əbədə gedən bir davanın sadəcə xidmətçiləriyik... Sabah biz olmayacağıq, amma bu dava olacaq... "

Baş nazir gözlənən mesajı da verib: "İçimizə sızan şəbəkəni təmizləmə zamanı gəldi, biz bunu hüquq çərçivəsində edəcəyik. Dövlətin içində dövlət olmaz..."

Ərdoan deyib: "Bu gün kimsə üzülməsin. 77 milyon bilsin ki, bu gün Yeni Türkiyə qazanıb, bu gün Yeni Türkiyənin zəfər günüdür. Bu gün 2023 hədəfləri qazanıb. Qardaşlıq, çözüm qazanıb. Bu gün 77 milyonun içərisində 1 nəfər də uduzmayıb. Çünki bu gün kimsəyə ayrım yapmayan bir xidmətkar ekip seçkini qazanıb ".

Ərdoğan çıxışının yekununda bir daha ona və partiyasına dəstək verən, onlar üçün duq edən hər kəsə təşəkkür edib. Təşəkkür sıralamasında AKP heyətinə də xüsusi yer ayrılıb.

"Türkiyə əyilməz, millət yenilməz", şüarı ilə çıxışını bitirən baş nazir sonra "Bərəbar yürüdük biz bu yollarda" şeirini toplananlarla birgə oxudu. Saat 3.22-də (Bakı vaxtı) onun çıxışı bitdi. Dərhal sonra isə T. Ərdoğana bəslənən mahnı efirlərə verildi.
****
Həmin anda AKP-nin ümumi göstəricisi 65 faiz açılan sandıqlardakı nəticələrə görə 44.6 faiz idi.








    Digər xəbərlər
    SON XƏBƏRLƏR

    Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

    "Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA