Xarici İşlər Nazirliyində Çinlə bağlı tədbir keçirilib
01-04-2022 [19:08]
Aprelin 1-də Xarici İşlər Nazirliyində Azərbaycan və Çin arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə tədbir və sərgi keçirilib.
XİN-dən Mia.az-a verilən məlumata görə, tədbirdə Azərbaycan XİN-in rəhbər heyəti, Milli Məclisin Azərbaycan-Çin parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, Çinin Azərbaycandakı Səfirliyinin rəhbərliyi və əməkdaşları, Bakı Dövlət Universiteti və Azərbaycan Dillər Universiteti nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun rəhbərliyi və nümayəndələri, habelə Azərbaycanda fəaliyyət göstərən şirkətlərin təmsilçiləri iştirak edib.
Tədbir hər iki ölkənin dövlət himnlərinin səslənməsi ilə başlayıb.
Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov iki ölkə arasında diplomatik əlaqələrin əsasının qoyulmasından etibarən münasibətlərimizin qarşılıqlı hörmətə, etimada, dostluğa əsaslanaraq xalqlarımızın mənafelərinə uyğun şəkildə inkişaf etdiyini bildirib. Nazir müavini, iki ölkə arasında yalnız ikitərəfli münasibətlər kontekstində deyil, eyni zamanda çoxtərəfli platformalarda da səmərəli əməkdaşlığın mövcud olduğunu qeyd edib. Azərbaycan və Çin arasında yüksələn xətt üzrə inkişaf edən iqtisadi əlaqələrinin olduğunu vurğulayan E.Məmmədov Çin şirkətlərinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində investisiya layihələrində iştirakının iqtisadi əməkdaşlığın daha da inkişafı üçün əsas meyar olacağını ifadə edib.
Çinin Azərbaycandakı səfiri xanım Qo Min diplomatik münasibətlərin qurulmasından keçən 30 il ərzində beynəlxalq vəziyyətin dəyişməsindən asılı olmayaraq ölkələrimizin hər zaman qarşılıqlı şəkildə bir-birilərini dəstəklədiyini, bir-birinin suverenliyi və ərazi bütövlüyünə hörmətlə yanaşdığını bildirib. Səfir Çin və Azərbaycan arasında bir çox sahələrdə, o cümlədən iqtisadiyyat, ticarət, nəqliyyat, enerji, rabitə, təhsil, mədəniyyət, incəsənət sahələrində əməkdaşlığın mövcudluğunu məmnunluqla qeyd edərək iki ölkənin “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində də səmərəli əməkdaşlıq etdiyini vurğulayıb. Qo Min həmçinin iki ölkənin qlobal COVID-19 pandemiyası dövründə də bir-birilərinə qarşılıqlı yardım və dəstək göstərməsinin ölkələrimiz arasındakı dostluğun bariz nümunəsi olduğunu bildirib.
Tədbirin sonunda iştirakçılar Azərbaycan və Çin arasında diplomatik münasibətlərin 30 illiyinə həsr edilmiş sərgi ilə tanış olublar.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi