29-03-2014 [17:17]
MİA-nın Musavat.com-a istinadən verdiyi xəbərə görə, qəsəbə sakinləri verilən amma tutulmayan sözlərdən bezdiklərini deyiblər.
Qəsəbə sakinləri uzun zamandır həll olunmayan problemlərindən gileylənirlər. Onlar əsasən qəsəbənin yollarının bərbad halda olmasından, kanalizasiya xəttinin olmamasından və bəzi sənədləri almaq üçün onlardan rüşvət tələb olunduğundan şikayətləniblər.
Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev onlarla martın 29-da görüşəcəyinə söz vermişdi və buna da əməl etdi. İcra başçısı sakinləri 69 nömrəli orta məktəbin idman salonunda qəbul etdi. Görüşün öncə daha kiçik zalda olacağı deyilmişdi. Amma sakinlər buna etiraz etdilər və görüşün yerini dəyişərək məktəbin idman salonuna keçirdilər.
Görüşdə əvvəlcə Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev çıxış etdi. O sakinlərə bildirdi ki, onların bütün problemlərini dinləmək və həll etmək üçün gəlib: "Mən buraya sizin bütün problemlərini, dərdinizi dinləməyə və həll etməyə gəlmişəm. Hər kəs bir-bir öz sualını, problemini desin. Biz də həll yolunu tapmağa çalışaq”.
Bundan sonra sakinlər öz suallarını, iradlarını və problemlərini səsləndirməyə başladılar. İcra başçısı bütün bu problemlərin qısa müddətdə həll olunacağına söz verdi. Sakinlər işsizliklə bağlı müraciət etdilər. İcra başçısı söz verdi ki, onların bəzilərini işlə təmin olunmasında yardımçı olacaq.
Sakinlər əsasən qəsəbə icra nüməyəndəsi olan Fərhad Qurbanovdan şikayətçi idilər. Onların sözlərinə görə, F.Qurbanov onlardan rüşvət tələb edib və bəzi sakinlər də məcbur qalıb bu pulları veriblər: "Fərhad Qurbanov özbaşına hərəkətlər edir. Çox adamdan onların sənədlərini həll etmək üçün pul istəyib. Bəzən də məcbur qalıb tələb etdiyi pulları vermişik. Başqa yolumuz yox idi. Amma artıq boğaza yığılmışıq. Hamımız ondan narazıyıq və dəyişdirilməsini istəyirik”.
Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev bu sözlərdən sonra, Fərhad Qurbanovdan açıqlama tələb etdi. O isə bu iddiaların yalan olduğunu bildirdi.
A.Vəliyev: – Bu iddialara nə cavab verəcəksən?
F.Qurbanov: – Hamısı yalandır, böhtandır. Mən heç kəsdən pul tələb etməmişəm.
A.Vəliyev: – Od olmayan yerdən tüstü çıxmaz. Mən bu məsələni araşdıraram.
Görüşün sonunda qərar qəbul olunub ki, qəsəbə icra nüməyəndəsi vəzifəsini daşıyan Fərhad Qurbanovun müavini vəzifəsinə 1 aylıq müddətinə qəsəbə sakini olan Bəybala Kərimov gətirilib. B.Kərimov əgər 1 ay müddətində öz vəzifəsini layiqincə yerinə yetirərsə, yeni icra nüməyəndəsi onun olacağı bildirilib. Bundan başqa, ağsaqqalar şurasının sədri də vəzifəsindən uzaqlaşdırılıb.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi