Azərbaycan ordusunun əsgəri özünü güllələyib

img

29-03-2014 [12:24]


Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu özünü güllələyib. APA-nın məlumatına görə, hadisə Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində qeydə alınıb.
Əsgər Rahid Səttar oğlu Əsgərov tabeliyindəki avtomat silahdan açılan atəş nəticəsində yaralanıb. Yaralı əsgər hospitala yerləşdirilib. Müdafiə Nazirliyindən APA-ya faktı təsdiq ediblər.
Qeyd edək ki, R. Əsgərov Şəmkir rayonundan həqiqi hərbi xidmətə çağırılıb.
Hadisə ilə bağlı cinayət işi başlanıb, Hərbi Prokurorluq tərəfindən araşdırma aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA