Fərrux yüksəkliyində itkin düşmüş Azərbaycanın 62 hərbçisinin adları açıqlandı - SİYAHI
31-03-2022 [10:23]
Azərbaycan Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Xocalı rayonu ərazisindəki Fərrux yüksəkliyində itkin düşmüş Azərbaycan hərbçilərinin adlarını açıqlayıb.
Mia.az xəbər verir ki, Vətən müharibəsində əldə edilmiş böyük zəfərdən sonra Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində Birinci Qarabağ müharibəsində itkin düşmüş vətəndaşlarımıza aid məzar yerlərinin müəyyən edilməsi və ekshumasiyası işləri davam etdirilir.
Bu istiqamətdə aparılan növbəti tədbirlər zamanı, 28 mart 2022-ci il tarixdə Xocalı rayonu ərazisindəki Fərrux yüksəkliyində bir neçə insana aid naməlum meyit qalıqları aşkarlanıb.
Adı çəkilən yüksəklik uğrunda Birinci Qarabağ müharibəsi zamanı ağır döyüşlərin getdiyini və Ermənistan silahlı birləşmələri tərəfindən işğal edildiyini nəzərə alaraq, tapılan meyit qalıqlarının şəhid olmuş Azərbaycan hərbçilərinə aid olduğu ehtimal edilir. Tapılan meyit qalıqları ərazidən götürülərək müvafiq ekspertizanın aparılması üçün aidiyyəti üzrə təhvil veriləcəkdir.
"Məlumat üçün bildiririk ki, Birinci Qarabağ müharibəsində Fərrux yüksəkliyi uğrunda döyüşlərdə 62 nəfər (siyahı əlavə edilir) Azərbaycan hərbçisi itkin düşmüş şəxs kimi Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında qeydiyyata alınıb. Eyni zamanda, Dövlət Komissiyasında toplanan məlumatlara əsasən, Fərrux yüksəkliyinin yaxınlığında yerləşən, Xocalı rayonu, Pirlər kəndində 46 nəfər, Ağdam rayonu, Əliağalı kəndində 11 nəfər Azərbaycan hərbçisi itkin düşüb.
Fərrux yüksəkliyində və ətrafında kütləvi məzar yerlərinin olması ehtimalı nəzərə alınaraq, mütəxəssislərdən ibarət heyət tərəfindən ərazidə axtarış və müvafiq ekshumasiya tədbirlərinin aparılması planlaşdırılır. Məsələ ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcəkdir", - Dövlət Komissiyasından bildirilib.
Birinci Qarabağ müharibəsi zamanı Fərrux yüksəkliyində itkin düşmüş Azərbaycan hərbçilərinin siyahısı
N. soyadı, adı və atasının adı, təvəllüdü, itkin düşdüyü tarix
1. Abdullayev Əlibala Teyyub oğlu - 27.02.1972 - 19.09.1992
2. Ağayev Arzu Nazir oğlu - 16.12.1973 - 24.01.1993
3. Allahverdiyev Baba Müseyib oğlu - 13.11.1971 - 28.10.1992
4. Allahverdiyev Əhməd Ənvər oğlu - 30.04.1974 - 19.01.1993
5. Bağırov Baləddin Yusif oğlu - 19.11.1972 - 18.09.1992
6. Basenşpiler Mixail Arifoviç 04.02.1963 - 19.09.1992
7. Baxışov Xəlil Salman oğlu - 01.07.1965 - 28.09.1992
8. Bədirxanov Mehman Əhməd oğlu - 27.02.1957 - 19.09.1992
9. Behbudov Əli Durmuşəli oğlu - 01.06.1971 - 19.09.1992
10. Cəbrayılov İlham İbrahim oğlu - 17.01.1973 - 19.09.1992
11. Cəfərov Mehman Əbdülrəhman oğlu - 28.01.1968 - 20.01.1993
12. Cəfərov Sənan Vəli oğlu - 05.08.1972 - 25.01.1993
13. Dadaşov İlham Adil oğlu - 19.06.1973 - 19.09.1992
14. Eminov Mehman Bəhram oğlu - 01.03.1974 - 25.01.1993
15. Eyvazov Məsud Eynulla oğlu - 08.12.1972 - 19.09.1992
16. Əhmədov Faiz Mahmud oğlu - 15.10.1956 - 20.01.1993
17. Əliməmmədov Vahid Zəbişah oğlu - 07.11.1971 - 13.11.1992
18. Əliyev Hidayət Kamal oğlu - 01.02.1973 - 27.10.1992
19. Əliyev İlqar Hidayət oğlu - 01.12.1972 - 24.01.1993
20. Əmiraslanov Bəxtiyar Cahid oğlu - 11.09.1971 - 29.10.1992
21. Əsgərov Bəxtiyar Ağabala oğlu - 25.01.1973 - 19.09.1992
22. Əzizov Pərviz Bayramqulu oğlu - 18.12.1969 - 28.10.1992
23. Fərzəliyev Vidadi Molut oğlu - 01.06.1962 - 25.01.1993
24. Həbibov Elnur Paşa oğlu - 21.12.1973 - 26.01.1993
25. Həsənov Eldəniz İlyas oğlu - 17.12.1969 - 01.01.1993
26. Hüseynov Cəsarət Binnət oğlu - 01.11.1973 - 27.10.1992
27. Hüseynov Hüseyn Əhməd oğlu - 21.06.1935 - 19.01.1993
28. Hüseynov Vüqar Cavanşir oğlu - 31.05.1973 - 19.09.1992
29. Hüseynov Vüqar Tahir oğlu - 09.07.1973 - 25.01.1993
30. Hüseynov Xəqani Saleh oğlu - 10.06.1970 - 28.10.1992
31. İbadov Maarif Məhiş oğlu - 18.05.1971 - 29.09.1992
32. İbrahimov Kərəm Hümbət oğlu - 05.05.1972 - 28.10.1992
33. İsmayılov Tahir İsa oğlu - 19.01.1965 - 30.10.1992
34. İsrafilli Həsən Hüseyn oğlu - 05.03.1958 - 18.06.1992
35. Kərimov Xaləddin Telman oğlu - 09.11.1968 - 27.10.1992
36. Qəhrəmanov Vidadi İslam oğlu - 30.03.1971 - 19.01.1993
37. Qəhrəmanov Qəhrəman Süleyman - 05.03.1973 - 30.09.1992
38. Qubadov Vüqar Hicran oğlu - 07.02.1973 - 19.09.1992
39. Qurbanov Natiq Mirzəli oğlu - 16.02.1970 - 30.10.1992
40. Qurbanov Rasim Fikrət oğlu - 19.12.1972 - 28.10.1992
41. Qurbanov Şaban Qulu oğlu - 08.11.1972 - 28.10.1992
42. Məmmədov Elman Nurəddin oğlu - 25.08.1970 - 11.02.1993
43. Məmmədov Faiz Kərim oğlu - 14.09.1971 - 29.10.1992
44. Məmmədov İlqar Nuru oğlu - 01.07.1961 - 26.01.1993
45. Məmmədov İlqar Şirzal oğlu - 08.09.1971 - 19.09.1992
46. Məmmədov Mehman Tofiq oğlu - 15.04.1972 - 19.09.1992
47. Məmmədov Pərviz Aşralı oğlu - 04.05.1973 - 27.10.1992
48. Mənsimov Rüstəm İsrafil oğlu - 01.07.1970 - 28.10.1992
49. Mirzəyev Araz Seyfəddin oğlu - 28.07.1973 - 25.01.1993
50. Muxtarov Aydın Şaban oğlu - 29.05.1974 - 24.01.1993
51. Namazov Pəhlivan Elman oğlu - 29.12.1969 - 19.01.1993
52. Namazov Elçin Mahmud oğlu - 13.09.1962 - 30.10.1992
53. Nyuneçkin Vladimir Anatolyeviç - 03.02.1961 - 28.10.1992
54. Orucov Kamran Niyətulla oğlu - 27.01.1974 - 19.09.1992
55. Ömərov Nizaməddin Məcid oğlu - 09.10.1974 - 21.01.1993
56. Salmanov Sahib Salman oğlu - 16.04.1973 - 28.10.1992
57. Səmədov Hümbət Əhəd oğlu - 04.12.1966 - 13.06.1992
58. Svanidze Məhəmməd Fəzli oğlu - 18.04.1974 - 22.01.1993
59. Şirinov Zahid Əsədulla oğlu - 31.08.1971 - 20.09.1992
60. Tarverdipur Elşad Hüseyn oğlu - 18.03.1971 - 28.10.1992
61. Təsəlliyev Aqil Böyükağa oğlu - 02.02.1973 - 25.01.1993
62. Zeynalov Bədəl Babası oğlu - 19.11.1973 - 25.01.1993
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi