Həsənağa Turabovun oğlunun qatili: "O, mənim dostum idi" - VİDEO
30-03-2022 [16:31]
25 il əvvəl mərhum xalq artisti, səhnəmizin “Gəray bəy”i Həsənağa Turabovun böyük oğlu Daşqın Turabovu qətlə yetirmiş cinayətkar illər sonra ilk dəfə Bizim.Media-ya danışıb.
Söhbət 15 illik həbsdən sonra azadlığa çıxmış, hazırda səfil və əyyaş həyatı yaşayan 65 yaşlı Əlişir Tağıyevdən gedir. Primitiv, köhnə dəmir vaqonda “bomj” kimi yaşayan müsahibimiz dəniz sahilində balıqçı qayıqlarını mühafizə edir. Onu elə Böyük Həmyə kəndi ərazisindən keçən hissəsində – sahildə, dəmir vaqonda tapdıq. Əhatəsində bir neçə it və küçükləri vardı.
Müsahibəyə başlamazdan əvvəl Əlişir kişi itlərin birini göstərərək “çaqqaldan doğulan itdir bu”- deyib.
Əlişir Tağıyev düz 25 il əvvəl törətdiyi qətllə bağlı saytımıza dayanmadan “Daşqın mənim dostum olub, onu öldürmək fikrim olmayıb”- deyib.
Xatırladaq Azərbaycan polisinin ən cəsur, qorxmaz nümayəndələrindən olan Daşqın Həsənağa oğlu Turabov Siyəzən polis şöbəsinin əməliyyat müvəkkili olub. O, 1997-ci il mart ayının 11-dən 12-ə keçən gecə silahlı cinayətkarın gülləsinə tuş gələrkən həyatını itirib.
Cinayətkarın atdığı 13 güllədən 6-sı Daşqına dəyib. Dərhal xəstəxanaya çatdırılan Daşqın hadisədən sonra cəmi 58 dəqiqə yaşayıb. Hətta həkimdən onu sağaltmasını istəyib. Amma öləcəyini hiss etdiyindən kəlmeyi-şəhadətini söyləyərək, gözlərini əbədi olaraq yumub.
Daşqın Turabovun ölümündən sonra Siyəzən polis şöbəsinin həyətində onun büstü qoyulub, şöbənin yerləşdiyi küçəyə isə adı verilib.
Qeyd edək ki,İctimai Televiziya Həsənağa Turabovun polis oğlu Daşqın Turabovun qətli ilə bağlı sənədli film hazırlayır.
Tanınmış hərbi jurnalist İlham Tumas “İstintaq davam edir” layhəsi çərçivəsində növbəti filmini Turabovların faciəsinə həsr edib. Ötən gün Siyəzən şəhərində filmin çəkilişlərinə başlanılıb.
Sənədli filmdə 1997-ci ildə Siyəzən rayon polis şöbəsinin rəis müavinləri olmuş İmran Mustafayev, Xanlar Vahabzadə, yol polisi əməkdaşı Məhəmməd Tağıyev və Aytəkin Alxaslı yer alıb.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi