Mədət Quliyev şöbə rəisini işdən çıxartdı

img

28-03-2014 [13:02]


Penitensiar Xidmətin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi Mehman Sadıqov işdən çıxarılıb. Bu haqda məlumatı "Axar.az”a Pentensiar Xidmətdən bildirdilər. Qeyd olundu ki, Mehman Sadıqovun vəzifəsinin icrasına Novruz bayramından öncə xitam verilib: "Hələlik onun yerinə yeni təyinat yoxdur. Hazırda vəzifəsini İctimaiyyətlə Əlaqələr Şöbəsinin əməkdaşları həyata keçirir. Mehman Sadıqovun yerinə kimin təyin ediləcəyi isə məluma deyil”. Mehman Sadıqov "Axar.az”a açıqlamasında faktı təsdiqlədi və bildirdi ki, o, "Cəmiyyət və cəza” jurnalının baş redaktoru vəzifəsinə təyin olunub: "Yəni mən bir şöbədən digər şöbəyə keçirilmişəm, işdən getməmişəm”. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA