Nazirlər Kabineti qərar verdi: Bu ərzaqlar qadağan edildi

img

28-03-2014 [10:56]


Azərbaycan Nazirlər Kabineti "Ekoloji təmiz kənd təsərrüfatı haqqında” qanunu ilə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə” 2009-cu il 8 yanvar tarixli qərarına dəyişikliklər edib

APA-nın verdiyi məlumata görə, dəyişikliklər Azərbaycana genetik modifikasiya olunmuş məhsulların idxalının tam qadağan edilməsi ilə əlaqədardır.

"Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının dövriyyəsi Qaydaları”na edilən dəyişikliyə əsasən, bundan sonra Azərbaycana idxal edilən ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının etiketi üzərində onların istehsalı prosesində genetik modifikasiya olunmuş orqanizmlərdən və onların törəmələrindən istifadə edilməməsi haqqında məlumat göstərilməlidir.

Buna müvafiq olaraq "Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının markalanması Qaydası”na da dəyişiklik edilib. Bundan sonra alıcıların seçim etmək hüququnu təmin etmək məqsədi ilə deyil, ümumiyyətlə, Azərbaycanda satışa çıxarılan ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının etiketi üzərində həmin məhsulların istehsalında genetik modifikasiya olunmuş orqanizmlər və onların törəmələrindən istifadə olunmaması haqqında məlumatlar göstərilməlidir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA