Ceyhun Bayramov Almaniyada: "Üçtərəfli bəyanatların tam icra olunması vacibdir"
28-03-2022 [22:02]
Bu gün Almaniyaya işgüzar səfəri çərçivəsində xarici işlər naziri Ceyhun Bayramov Almaniya Federativ Respublikasının Elm və Siyasət Fondunun Alman Beynəlxalq siyasət və Təhlükəsizlik İnstitunun direktoru Ştefan Mayer və institun elmi tədqiqatçıları ilə dəyirmi masa formatında görüşüb.
Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, görüş zamanı Azərbaycan ilə Almaniya arasında ikitərəfli münasibətlər, eləcə də ölkəmizin Avropa İttifaqı ilə əməkdaşlığı, beynəlxalq aləmdə və regionda baş verən proseslərə dair geniş fikir mübadiləsi aparılıb.
Tərəflər, həmçinin Azərbaycan və Avropa İttifaqı (Aİ) arasında əməkdaşlıq perspektivləri, enerji sahəsində strateji tərəfdaşlıq məsələlərini müzakirə ediblər.
Nazir Ceyhun Bayramov 44 günlük Vətən müharibəsi və üçtərəfli bəyanatların imzalanmasından sonra bölgədə yaranmış yeni reallıqlar, davamlı sülhə nail olunmasına dair imkanlar və Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması ilə bağlı Azərbaycanın mövqeyi barədə qarşı tərəfə ətraflı məlumat verib. Bölgədə sülh və sabitliyin təmin olunması üçün ilk növbədə imzalanmış üçtərəfli bəyanatların tam icra olunmasının vacibliyi vurğulanıb.
Sual cavab formatında davam edən görüşdə tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər, o cümlədən regional və beynəlxalq təhlükəsizlik məsələləri ətrafında geniş fikir mübadiləsi aparıblar.
***
Ceyhun Bayramov Almaniya Federativ Respublikasının federal kanslerinin xarici və təhlükəsizlik siyasəti üzrə müşaviri Yens Plötner ilə görüşüb.
Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, görüş zamanı tərəflər, ikitərəfli əməkdaşlıq gündəliyinə daxil olan məsələlər, Azərbaycan və Avropa İttifaqı münasibətləri, habelə regional və beynəlxalq təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparıblar.
Nazir Ceyhun Bayramov qarşı tərəfə bölgədə post-münaqişə dövründə mövcud olan vəziyyət, üçtərəfli bəyanatların icrası istiqamətində Azərbaycanın atdığı addımlar, azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və quruculuq işləri, habelə Ermənistan tərəfindən birgə bəyanatın müddəalarının pozulması və sülh və sabitliyin təmin olunmasına əngəllərin törədilməsi ilə bağlı ətraflı məlumat verib. Nazir, bölgənin gələcək sülh şəraitində inkişafına dair Azərbaycanın baxışı ilə bölüşüb.
Görüşdə tərəflər, həmçinin Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə, Cənubi Qaz Dəhlizi layihəsinin həyata keçirilməsi, enerji sahəsində əməkdaşlıq perspektivləri və digər qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi