Spiker Qazaxıstanda: "Qanunsuz erməni silahlı dəstələri Azərbaycan ərazilərindən tam olaraq çıxarılmalıdır"
28-03-2022 [18:54]
Martın 28-də Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstan Respublikasına işgüzar səfəri çərçivəsində Almatı şəhərində bu ölkə Parlamenti Senatının sədri Maulen Aşımbayev ilə görüşüb.
Mia.az Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinə istinadla bildirir ki, M.Aşımbayev ölkəsinin Azərbaycanla münasibətlərin inkişafına böyük əhəmiyyət verdiyini bildirərək, qeyd edib ki, Azərbaycan Qazaxıstan üçün çox mühüm və etibarlı tərəfdaşdır. O, xalqlarımızın oxşar tarixə malik olduğunu, müstəqillik illərində münasibətlərin böyük inkişaf yolu keçdiyini diqqətə çatdırıb.
M.Aşımbayev iki ölkə arasında münasibətlərin inkişafına qanunverici orqanların özünəməxsus töhfələr verdiyini söyləyib. Onun sözlərinə görə, parlamentlər arasında əlaqələrin inkişafı qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi baxımından əhəmiyyətlidir. M.Aşımbayev Azərbaycanın Prezident İlham Əliyevin siyasi iradəsi və qətiyyəti sayəsində Vətən müharibəsində əldə etdiyi şanlı qələbə və ərazi bütövlüyünü bərpa etməsi münasibətilə bir daha təbriklərini ifadə edərək, bu qələbənin bütün Türk dünyasının qələbəsi olduğunu bildirib. Senatın sədri həmçinin işğaldan azad olunmuş ərazilərin bərpası məsələsində Qazaxıstanın istənilən dəstəyi göstərməyə hazır olduğunu qeyd edib. M.Aşımbayev cari ilin yanvar ayında ölkəsində baş vermiş faciəvi hadisələr barədə məlumat verərək, göstərilən dəstəyə görə, Azərbaycan xalqına minnətdarlığını ifadə edib.
S.Qafarova Qazaxıstan Respublikası Parlamenti Senatının sədri ilə bundan əvvəl keçirdiyi görüşləri xatırladaraq aparılan danışıqların qanunverici orqanlarımız arasında münasibətlərin dərinləşməsinə töhfə verdiyini bildirib. O, parlamentlərin ölkələrimiz arasında münasibətlərdə körpü rolunu oynadığını qeyd edərək qanunverici orqanlarımız arasında münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayıb. Spiker Azərbaycan ilə Qazaxıstan arasında qarşılıqlı faydalı əməkdaşlığın daha da dərinləşdirilməsi və möhkəmləndirilməsi üçün böyük imkanlar yaradan TürkPA çərçivəsində qarşılıqlı fəaliyyəti xüsusilə qeyd edib. Milli Məclisin sədri deyib ki, xalqlarımızı ortaq tarix, mədəni və mənəvi dəyərlər birləşdirir. Müstəqillik illərində isə ölkələrimiz arasında münasibətlər daha da dərinləşib. Onun sözlərinə görə, hazırda münasibətlərin hərtərəfli inkişafına dair möhkəm hüquqi baza mövcuddur. S.Qafarova Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı Qələbə və regionda yaranmış yeni reallıq barədə də məlumat verərək, bildirib ki, Azərbaycan bu qələbə sayəsində öz ərazi bütövlüyünü bərpa edib və işğala son qoyub. Artıq Ermənistanla Azərbaycan arasında münaqişə mövcud deyil. Ölkəmiz hazırda işğaldan azad etdiyi ərazilərinin bərpasını həyata keçirir. Milli Məclisin sədri vurğulayıb ki, Azərbaycan regionda daimi sülh və sabitliyin təmin olunmasını istəyir. Ölkəmiz bütün ölkələrin suverenliyinə və ərazi bütövlüyünə hörmət edir və özünün də ərazi bütövlüyünə və suverenliyinə hörmət edilməsini tələb edir. S.Qafarova deyib ki, Ermənistan yenə də təxribatlarını davam etdirir. Spikerin sözlərinə görə, Üçtərəfli Bəyanatın dördüncü bəndinə əsasən, Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan ərazilərindən tam olaraq çıxarılmalıdır. Lakin təəssüf ki, onlar bu günə qədər bu öhdəliklərini yerinə yetirməyiblər. Əksinə, son dövrlərdə qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri Azərbaycan Ordusunun bölmələrinə qarşı təxribatları daha da artırıb. Milli Məclisin sədri deyib ki, Ermənistan regionda yeni reallığı düzgün qiymətləndirməli, sülh və sabitliyin bərqərar olması istiqamətində üzərinə düşən öhdəlikləri yerinə yetirməlidir. S.Qafarova xatırladıb ki, cari ilin yanvar ayında Qazaxıstanda baş verən faciəvi hadisələr Azərbaycanda da narahatlıqla izlənilib və o, artıq həmin hadisələrin geridə qaldığını, qazax xalqının bütün çətinliklərin öhdəsindən gələcəyinə inamını ifadə edib.
Görüşdə qarşılıqlı maraq doöuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi