XİN rəhbəri: "İsrail güclü ölkədir və heç vaxt terrora təslim olmayacaq"
28-03-2022 [15:15]
"İsrail güclü ölkədir və heç vaxt terrora təslim olmayacaq".
Bunu İsrailin xarici işlər naziri Yair Lapid ABŞ, Bəhreyn, Mərakeş, Misir, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) XİN başçıları ilə birgə keçirdiyi mətbuat konfransında deyib.
"Terrorçuların məqsədi bizi qorxutmaq, əlaqələrimizin yaranmasının qarşısını almaq, bölməkdir. Biz buna icazə verməyəcəyik, onlar uğursuzluğa uğrayırlar. Onlara icazə verməyəcəyik ki, bizim siyasətimizə diktə etsinlər. İsrail güclü ölkədir və heç vaxt terrora təslim olmayacaq. Biz sülh yoluna davam edəcəyik və mən bu məsələdə tək deyiləm, bu gün bu görüşdə iştirak edən nazirlər də bu fikri bölüşür.
Biz bu gün burda tarix yazırıq. Bizim əməkdaşlığımız müxtəlif sahələri əhatə edərək dərinləşəcək. Bizim güclənən münasibətlərimiz İranı və onun havadarlıq etdiyi qüvvələri narahat edir".
İsrail XİN başçısı bildirib ki, Negev Sammitinin daimi keçirilməsi barədə razılıq əldə olunub.
"Biz bu gün dostlarımız və ABŞ kimi tərəfdaşlarımızla birlikdə regionun bütün xalqları, həmçinin fələstinlilər üçün bir qapı açır və terroru, düşmənçiliyi əməkdaşlıq və uğurla əvəz etməyi təklif edirik", - Yair Lapid vurğulayıb.
Mətbuat konfransında çıxış edən ABŞ dövlət katibi Entoni Blinken bildirib ki, bir neçə il əvvəl belə bir görüşü təsəvvür etmək qeyri-mümkün idi.
O deyib ki, İsrail və region ölkələri arasında əlaqələr inkişaf edir, qarşılıqlı səfərlər baş tutur, xalqlar bir-birini tanımağa cəhd edir: "ABŞ bu regionu dəyişən prosesi dəstəkləyib və dəstəkləməyə davam edəcək".
Blinken deyib ki, dərinləşən əlaqələr Fələstin və İsrail münaqişəsinə "iki dövlət" həll yolu istiqamətində mühit yaradılmasına töhfə verə bilər: "Dostlar və tərəfdaşlar olaraq biz İran və onun havadarlıq etdiyi qüvvələr də daxil olmaqla ortaq təhdidlərə qarşı birgə işləməliyik".
Bəhreyn Krallığının xarici işlər naziri deyib ki, münasibətlərin güclənməsi regional inkişaf, təhlükəsizlik sahəsində əməkdaşlıq üçün imkanlar vəd edir: "Biz dayanıqlı əlaqələr, qarşılıqlı, səmimi asılılıq yaratmalıyıq. Biz regiona göstərməliyik ki, birgə işləyərək nələrə nail ola bilərik. Biz bütün sahələrdə əməkdaşlıq üçün böyük imkanlar görürük. Bu forum qarşılıqlı əlaqələr və çoxtərəfli əməkdaşlıq üçün imkanlar təqdim edir".
Misirin xarici işlər naziri çıxışında İsrail-Fələstin münasibətlərinə toxunub. O deyib ki, Misir "iki dövlət" həll yolunu dəstəkləyir və ötən illər ərzində bu münaqişənin sona çatması üçün çalışıb: “"Biz terrorizm və ekstremizmlə mübarizə aparmalı, kənar qüvvələrin regiona müdaxiləsinə imkan verməməliyik. Mövcud münasibətləri dərinləşdirməkdə maraqlıyıq, bu həm regional, həm də qlobal səviyyədə səmərə verəcək."
Mərakeşin xarici işlər naziri ölkəsi ilə İsrail arasında münasibətlərə toxunub: "Bizim mesajımız odur ki, sülhə, sülh içində birgə yaşayışa inanırıq. Regionda müsbət dinamika, xalqlarımız arasında münasibətlərlə bağlı fərqli narrattiv yaratmaq üçün buradayıq. Bu müsbət dinamika xalqlar tərəfindən hiss edilməli, yeni üfüqlər açılmalıdır. Biz inanırıq ki, sülh mümkündür".
BƏƏ-nin xarici işlər naziri isə çıxışında deyib ki, İsrail və BƏƏ terrorla mübarizədə həmrəydir: "Əlaqələr üçün böyük potensial var, hamı bunu bilir. Biz imkanlardan istifadə etmək istəyirik"/APA.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi