YAP sədri, bələdiyyə rəhbərləri və şöbə müdiri sabiq icra başçısının üzünə durdu - Məhkəmə prosesi
28-03-2022 [14:31]
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində İmişli Rayon İcra Hakimiyyətinin (RİH) həbsdə olan sabiq başçısı Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmə iclasında şahidlər dindirilib.
Məlumata görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə şahid Səfa Ağayev bildirib ki, Yeni Azərbaycan Partiyasının İmişli rayon təşkilatının sədri işləyir.
O deyib ki, daha əvvəl V.Hacıyevin birinci müavini vəzifəsində çalışıb: "Mən İmişli Rayon İcra Hakimiyyətini əməkdaşlarını Prezident yanında Dövlət İdarəçilik Akademiyasına göndərişlər etmişəm".
Daha sonra şahid qismində Mahir İsmayılov dindirilib. O, hazırda İmişli şəhər bələdiyyəsinin sədri vəzifəsində işlədiyini söyləyib: "Şəhərin abadlaşdırılması üçün rayon icra hakimiyyətinə 4 min manat pul vermişəm. Sahibkar Taleh Şirəliyev mağazasına sənəd almaq istəyirdi. Mən bu işlə bağlı icra başçısının qəbuluna getdim. O, baş mühasib Cəmil Musayevi çağıraraq, bu məsələni ona həvalə etdi. Mən də Cəmilə ilk olaraq 800 manat, daha sonra isə 400 manat pul verdim".
Şahid Əli Qurbanov İmişli rayon Göbəktala kənd bələdiyyəsində çalışdığını vurğulayıb. Onun sözlərinə görə, kənd icra nümayəndəsi təyin olunması üçün V.Hacıyevə 4 min manat pul verib: "Lakin verdiyim məbləğ rəsmiləşdirilmədi".
Məhkəmədə Göbəktala kənd bələdiyyəsinin sədri Əbülfət Əliyev də ifadə verib. O deyib ki, İmişli rayonunda uzun müddət icra nümayəndəsi vəzifəsində çalışıb: "İmişli şəhərinin abadlıq işlərinin görülməsi üçün 2 min 700 manat pul vermişəm".
Sahibkar Zülfüqar Cabbarov isə ifadəsində 150 hektarlıq torpaq sahəsinin sənədləşdirilməsi üçün rayonun baş mühasibinə 16 min manat pul verdiyini söyləyib.
Şahid Ələmdar Quliyev dindirilən zaman vurğulayıb ki, İmişli Rayon Təhsil Şöbəsinin müdiri vəzifəsində işləyir. O, baş mühasibə "Ölkəmizi tanıdaq" layihəsinə görə RİH-nin baş mühasibinə 3 min manat pul verdiyini deyib: "Vəzifəyə təyin ediləndən sonra Vilyam Hacıyev məni əsassız yerə sıxışdırırdı, pul istəyirdi. Daha sonra ona 3 min manat pul verdim".
Şahid Füzuli İsayev V.Hacıyevin köməkçisi işlədiyini bildirib. Onun sözlərinə görə, rayonda hər hansı layihə həyata keçirmək istəyən ayrı-ayrı şəxslər konvertlərdə pul gətirib verirmiş: "Mən də həmin pulları Vilyam Hacıyevə təqdim edirdim".
Şahid Tamerlan Qurbanzadə mağazasına sərəncamın verilməsi üçün 2 min manat, Əziz Hüseynov 100 hektar torpağa sənəd almaq üçün 20 min manat və Cavid Sarıyev isə RİH-nə işə qəbul olmaq üçün baş mühasibə 15 min manat pul verdiklərini qeyd ediblər/Report.
Məhkəmənin növbəti iclası aprelin 1-nə təyin edilib.
Qeyd edək ki, 2020-ci il mayın 5-də məhkəmənin qərarı əsasında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən V.Hacıyevin xidməti və yaşadığı ünvanlarda əməliyyat-istintaq tədbirləri həyata keçirilib. Daha sonra o, həbs edilib.
İstintaq orqanı tərəfindən V.Hacıyevin barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya isriaf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda), 311.3.3-cü (rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan olunub.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi