Ermənistan 4 ədəd Su-30 qırıcı təyyarəsini Rusiyanın tabeliyinə verib - VİDEO
28-03-2022 [13:45]
İllərdir Cənubi Qafqazda işğal siyasəti yürüdən Ermənistan indi də Ukraynada Rusiya işğalına dəstək verir. O, döyüş təyinatlı hərbi təyyarələrini və pilotlarını Rusiya ordusuna təslim edib.
“Haber Global”ın əldə etdiyi məxfi məlumata görə, 4 SU-30 tipli döyüş təyyarəsi martın 25-dən Ermənistan aeroportundan havaya qalxaraq, “Ukraynada istifadə üçün” Rusiyaya gedib.
Bundan əlavə, Rusiya istehsalı olan döyüş təyinatlı təyyarələr xüsusi təlim almış erməni pilotlar tərəfindən idarə edilir.
Ermənistan bu hərəkəti ilə Ukraynada işğala ortaq, müharibəyə tərəfdaş olub. O, bir daha bölgədə sülh yerinə müharibəyə xidmət edir...
Ermənistan F-14 və F-15 qırıcılarına rəqib kimi istehsal edilən SU-30 döyüş təyinatlı təyyarələrindən 4 ədəd alıb.
Təkmilləşmiş çox məqsədli təyyarələr 2020-ci ilin may ayında təhvil verilib.
Azərbaycanın torpaqlarını işğaldan azad etmək üçün apardığı haqlı mübarizədə, 2-ci Qarabağ Müharibəsində Ermənistan ordusu Rusiya qırıcılarından istifadə edə bilmədi. Çünki, raket sifarişində gecikmişdi. Yəni, Ermənistan ən kritik silah alışını belə tam həyata keçirməyi bacarmadı.
Azərbaycan Qarabağda müvəffəqiyyətli qələbə qazandığı zaman, istifadə edilə bilməyən Rusiya təyyarələri reaksiyaya səbəb oldu... Ermənistan baş naziri Nikol Paşinyan bu qalmaqalı etiraf edərək günahı əvvəlki rəhbərliyin boynuna qoydu. Məhz bu mübahisə mövzusu olan təyyarələr indi yenidən Ermənistanın çirkli əməllərinə alət oldu- erməni pilotlarla birlikdə Rusiyanın istifadəsinə təqdim edildi.
İrəvana digər ölkələrdən gələcək reaksiya diqqət çəkən mövzuya çevrilib. Rusiya Ukraynanı işğal etdiyi üçün indiyə qədər görünməmiş iqtisadi sanksiyalara məruz qalıb. Qərb ölkələri tərəfindən təcrid edilib. Çinə Rusiya ordusuna sursat göndərildiyi təqdirdə “nəticələri ilə razılaşacaqları” barədə xəbərdarlıq olunub.
Hazırda Rusiyaya dəstək verən Ermənistana da sanksiya tətbiq edilib-edilməyəcəyi və ya xəbərdarlıq olunub-olunmayacağı maraq doğurur.
Ukraynada həm canlı, həm də texniki qüvvədə ağır itki verən Rusiya eyni zamanda hərbi qüvvəsini gücləndirməyə tələsir.
Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilən sülhməramlıların bir qismi Ukraynaya aparılıb. Ortaya çıxan görüntülərdən məlum olur ki, Rusiya ordusuna məxsus yanacaq maşınları, zirehli texnika və hərbçilər Laçın dəhlizi ilə Ermənistana doğru çəkilib. Oradan da hərbi daşıyıcı təyyarə ilə Rusiyaya gedib...
Ermənistan eyni zamanda, suriyalı döyüşçülərin Ukraynaya göndərilməsində də öndə gedir.
Muzdlu döyüşçülər Ermənistandakı Erebuni hava bazasında toplaşaraq oradan Rusiya Federasiyasının Şimali Osetiya Respublikasındakı Mozdok şəhərinə yola düşür. Oradan da Rusiya əsgərləri ilə birlikdə Ukraynaya göndərilir.
İlk olaraq “Haber Global”ın yaydığı bu həqiqətlərin ortaya çıxmasından 2 həftə sonra Rusiya Ukraynaya Orta Şərqdən hərbçi yollayacağını rəsmən bəyan etdi. Bu daşınma davam edir.
Martın 25-də 2 ədəd İL-76 tipli hərbi daşınma təyyarəsi də Suriyadan havaya qalxaraq İran və Xəzərdəki neytral ərazi üzərindən Rusiyaya yola düşüb.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi