Elçin Mirzəbəyli: "Sülhməramlıların davranışları Rusiyanın Azərbaycandakı etimad limitini sıfra endirir"
27-03-2022 [14:37]
“Rusiya Müdafiə Nazirliyinin məlum bülleteninin ilk cümləsindən Azərbaycan, Ermənistan və Rusiya arasında 2020-ci il noyabrın 10-da imzalanmış bəyanatı, eləcə də Azərbaycanla Rusiya arasında 2022-ci il fevralın 22-də imzalanmış müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin preambula hissəsi və müvafiq bəndləri kobud şəkildə pozulub”.
Mia.az xəbər verir ki, bu fikirləri politoloq Elçin Mirzəbəyli Oxu.az-a deyib.
Onun sözlərinə görə, mahiyyət etibarilə Azərbaycan ərazisində “Dağlıq Qarabağ” adlı inzibati ərazi subyektinin olmadığı, ölkəmizin ərazilərinin həm beynəlxalq müstəvidə tanındığı, həm də Rusiya tərəfindən tanınması hər kəsə bəllidir:
“Bütövlükdə “Dağlıq Qarabağ” ifadəsinin işlədilməsi faktiki olaraq separatizmin stimullaşdırılması və dolayısı ilə dəstəklənməsi kimi qəbul oluna bilər. Rusiya tərəfi Azərbaycanla imzaladığı ikitərəfli bəyannaməyə uyğun olaraq öz üzərinə bir sıra öhdəliklər götürüb. Bunlar da təbii ki, qarşılıqlı öhdəliklərdir. Yəni, ölkələr qarşılıqlı şəkildə separatizmə qarşı birgə mübarizə aparmalı, təhlükə yaradan halların qarşısını almaqda fəaliyyət göstərməlidirlər”.
Politoloq qeyd edib ki, Rusiya Müdafiə Nazirliyinin bülleteninin ilk cümləsində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsinə daxil olan, Azərbaycanın qanuni əraziləri sayılan yaşayış məntəqələri “Dağlıq Qarabağ ərazisi” adlandırılır:
“Bu isə həm BMT Nizamnaməsinin, həm də yuxarıda iqtibas gətirdiyim sənədlərin müvafiq müddəalarına ziddir və Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alan yolverilməz davranış kimi qəbul olunmalıdır, çünki onların davranışı riyakarlığın son həddidir. Erməni silahlıları çoxdan Azərbaycan ərazilərindən çıxarılmalı idi. Lakin bu günə qədər Rusiyanın Azərbaycan ərazisinə müvəqqəti yerləşdirilmiş sülhməramlılarının bilavasitə komandanlığı tərəfindən erməni separatçıları, onların terror quldur dəstələri himayə olunur, Azərbaycan vətəndaşlarına təhdid yaradır. Bu təqdirdə Azərbaycan öz ərazilərində istənilən hərbi əməliyyatı keçirmək və 10 noyabr bəyanatının prinsiplərindən irəli gələn hüquqlardan istifadə edərək orada olan erməni quldur dəstələrini təmizləyə bilər”.
“Ərazilərimizdə olan erməni qanunsuz silahlı birləşmələri “Dağlıq Qarabağ silahlı birləşmələri” kimi təqdim olunursa, bu, artıq Rusiya Müdafiə Nazirliyinin və Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş sülhməramlıların tərəf olduğunu sübuta yetirir. Onlar nəinki üçtərəfli bəyanatın prinsiplərini yerinə yetirmir, eyni zamanda Rusiya və Azərbaycan prezidentləri arasında imzalanan müttəfiqlik bəyannaməsinin müddəalarına uyğun olaraq hərəkət etmir. Əksinə, bunun əleyhinə davranırlar. Bu aspektdən Rusiya Müdafiə Nazirliyinin bülletenində yer alan beynəlxalq hüquqa zidd ifadələr və iddialar, həmçinin bu ölkənin sülhməramlı missiyasının Azərbaycan qanunlarına və sülhməramlı missiyalarla bağlı BMT Baş Assambleyasının müvafiq tövsiyə və doktrinalarına zidd hərəkətləri, Azərbaycan xalqını Rusiya ilə bağlı beynəlxalq miqyasda mövcud olan rəyin və Rusiyanın öz öhdəliklərinə sadiq qalmağı bacarmayan, imzasına hörmət etməyən dövlət olduğu ilə bağlı fikirlərin gerçəkliyi barədə daha ciddi şəkildə düşünməyə vadar edir. Rusiya Müdafiə Nazirliyinin mövqeyi və sülhdən başqa hər şeyə xidmət edən sülhməramlı missiyasının davranışları, bu ölkənin Azərbaycandakı etimad limitini də sıfırın altına endirir” - Elçin Mirzəbəyli əlavə edib.
Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyi Rusiya Müdafiə Nazirliyindən üçtərəfli bəyanatın müddəalarına uyğun olaraq Ermənistan ordusunun qalıqlarının və qeyri-qanuni erməni silahlı dəstələrinin Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış ərazilərindən tam olaraq çıxarılmasını təmin etməyi, Azərbaycan silahlı qüvvələrinin ölkəmizin suveren əraziləri daxilində hərəkətini təhrif edilmiş formada qələmə verməməyi, “Dağlıq Qarabağ” ifadəsi işlətməməyi və Azərbaycan ərazilərinin adını düzgün olaraq göstərməyi istəyib.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi