Prezident İlham Əliyev Eldar Mahmudovla bağlı sərəncam verdi

img

27-03-2014 [10:51]


Prezident İlham Əliyev Milli təhlükəsizlik naziri Eldar Mahmudova general-polkovnik ali hərbi rütbəsinin verilməsi haqqında sərəncam imzalayıb. 

MİA xəbər verir ki, sərəncama görə Azərbaycanın Milli təhlükəsizlik naziri Eldar Əhməd oğlu Mahmudova general-polkovnik ali hərbi rütbəsi verilib.

Prezident həmçinin Milli Təhlükəsizlik Nazirliyinin aşağıdakı əməkdaşlarına ali hərbi rütbələrin verilməsi ilə bağlı sərəncam da imzalayıb:

general-leytenant ali hərbi rütbəsi:

general-mayor Hilal Mirzəli oğlu Əsədova

general-mayor Əli Sabir oğlu Şəfiyevə

general-mayor ali hərbi rütbəsi:

polkovnik Tarverdi Məmməd oğlu Məmmədova.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA