Əlillərin Peyntbol yarışına göz dağı - Müəllif

img

27-03-2014 [01:51]



 Budur artıq Novruz Bayramınıda arxada qoyduq. Hərə bu bayramı özünə uygün tərzdə kecirtdi. Kimi restoranlarda barlarda, kimi xarici ölkələrdə, kimi də öz evində ailəsini başına yığıb neft səltənətində günəmuzd qazandığı qəpik-quruşa düzəltdiyi kasıb süfrəsiylə. Amma sözümün cani əsla bu deyil.

Mən bu bayram günlərində yerli İcra orqanları tərəfindən təşkil edilən, yerli TV- lərimizin bəh-bəhlə təriflədiyi bayram şənliklərindən danışmaq istəyirəm. Əgər bu gün hər hansı bir kasıb ailə İcra hakimiyyətinə muraciət etsə ki işsizəm və ailəmi saxlaya bilmirəm və ya hansısa müharibə əlili mualicə ücün pul tapa bilmədiyindən İcra oqranlarına müraciət etsə, inandırım Sizi, hamı başını tutub pulsuzluqdan elə şikayət edəcək ki, az qalacaqsan özün ciblərini onların masasına boşaldasan. Amma bayramlara, hər ilin 3 ayını eyni parkların təmirinə, atəşfəşanlıga xərcələməyə nədənsə tez vəsait tapılır. Lakin bu Bayramı həqiqətən də Bayram kimi qeyd edənlər tapıldı. Bunlar bir qrup əlil və Qarabag müharibəsi veteranları oldu. Heç kimdən kömək gözləmədən, hec kimin gözünə bunu soxmadan sadəcə bir dost təklifini qəbul edib, Peyntbol üzrə turnirə yıgışdılar. Yenə Allah sosial şəbəkənin canını sağ etsin. Bu insanlar sanki əlil arabasında  olduqlarını,  yaşlarının artiq 40-dan, 45-dən oldugunu, əl ağaclarını unudub, bir neçə saatlığa yenidən döyüşə atıldılar .Qoy, bu döyüş meydanı sünü və rəqibdə şərti  olsun, amma bu insanların gözlərində həqiqi qələbə qığılcimi var idi və bu qıgılcım hələ bir neçə müddət onların gözlərində qalacaqdır. Bu tədbir, düzü bunu tədbir də demək olmazdı, 19 mart tarixində AF peyntbol mərkəzinin rəhbəri Taleh Orucovun təşkil etdiyi kicik turnir Novxanıdakı Aqvaparkda  baş tutdu. Peyntbol yarışları əsasən meşəlikdə və ya döyüş meydanını xatırladan yerlərdə olur. Lakin bu dəfə iştirakçıları nəzərə alaraq, arabaların rahat hərəkəti ücün əlverişli bir yer seçildi. Hər şey əla keçdi, bütün iştirakçılar sevinclə həm qələbəni, həm də məğlubiyyətlərini qəbul etdilər. Axı, bu qələbə onların özlərinin özləri üzərində caldığı növbəti qələbə idi. Bu qələbə onları əhatə edən və onlara "Artıq Sizlərin vaxtı kecib» deyə istehza ilə yanaşan cəmiyyətin üzərində çaldıqları qələbə idi. Təkcə oyundan sonra onalra verilən simvolik medalları alanda onların gözündəki sevinci görmək şəxsən mənə və inanıram ki, bütün tədbir iştirakbılarına, o cümlədən icra başcılarının kecirdiyi bayramlardan qat-qat üstün idi. Elə mənə də bir Qarabag muharibəsi əlili kimi bu turnir cox həzz verdi. Sinəmə dəyən hər bir " gullə” məni 20 il cavanlaşdırdı.

 Lakin bir məsələyədə toxunmaya bilməzdim. Yazımın əvvəlində yazdıgım məsələ. Tədbir qabagı bir çox iş adamlarına və şirkətlərə etdiyimiz muraciətlərə baxmayaraq, heç kəs bu tədbirə sponsorluq etmək istəmədi. Mikrafon qarşısında Vətən və vətənpərvərlikdən dəm vuranların biri də bu tədbirə təşrif buyurmadı. Axı, nəyə görə? 

 Axı, nəyə görə, əgər müharibə əlili Dövlət Televiziyasinda çıxıb kimləri isə tərifləmirsə, ona yiyə çıxan olmur? Niyə görə uşaqlıqdan əlil olan bir gəncə 1 saatlıq xoşbəxtlik bəxş etmək ucün onun qapısını döyən tapılmır? Məgər öz mənliyini sübut etmək ücün mütləq gərək sənə TV kameralar və İcra başçısının əmri lazımdır? Məgər Tagıyev və Nağıyev özləriylə TV kamera gətizdiriblər?

 Nə isə… Belə getsə, bizim cəmiyyət irəli yox, hələ çox geriyə gedəsidir…

span style="mso-spacerun:yes"

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA