Millinin baş məşqçisi: "İndi başa düşdük ki, yaxşı nəticələr üçün bizə təcrübəli futbolçular da lazımdır"
22-03-2022 [17:23]
"Əvvəlcə Novruz bayramınızı təbrik edirəm. Heyətə gəlincə, heç vaxt Eddi israfilovla Dmitri Nazarovu milliyə çağırmayacağımı deməmişəm. Bu qərar sadəcə, COVID-19-la bağlı idi. Həmin vaxt gənclərə şans verdik. İndi başa düşdük ki, yaxşı nəticələr üçün bizə təcrübəli futbolçular da lazımdır".
Bunu futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi Malta və Latviya yığmalarına qarşı keçirəcəkləri yoldaşlıq oyunlarından öncə təşkil olunan mətbuat konfransında deyib.
66 yaşlı mütəxəssis bildirib ki, heyət seçimi ilə bağlı əmin olmadığı bir şey yoxdur: "Gənclər heyətdə qalır və onlara təcrübəli oyunçular əlavə olunur. Yeni çağırdıqlarım öz təcrübələri ilə bizə kömək edə bilər. Burada heç bir problem görmürəm".
İtaliyalı baş məşqçi dəvət göndərdiyi qapıçılardan da söz açıb: "Üç yaxşı qapıçımız var. Nicat Mehbalıyev "Qəbələ"də yaxşı mövsüm keçirir. Perspektivli qolkiperdir. Digər ikisinin isə təcrübəsi var. Qarşıdakı günlərdə kimin əsas heyətdə oynayacağına qərar verəcəyik. Əlimizdəki oyunçularla strateji və taktiki dəyişikliklər edəcəyik. Əsas məqsədim yaxşı nəticə qazanmaqdır".
O, "Qəbələ"nin digər futbolçuları - Rövlan Muradov, Murad Musayev və Ülvi İsgəndərovu yığmaya dəvət etməməsinin səbəbini açıqlayıb: "Rövlanın çıxışını qiymətləndirirəm. Özünə də mesaj yazdım ki, səni millidə görmək istəyirəm. Amma tandığım futbolçu olduğu üçün bu dəfə tanımadıqlarıma dəvət göndərdim. Murad Musayev və Ülvi İsgəndərov da yaxşı futbolçulardır. Musayevi viza məsələsinə görə milliyə cəlb edə bilmədik. İsgəndərov maraqlı oyunçudur. Klubunda həmişə əsas heyətdə oynamır. İnanıram ki, vaxtı çatanda millidə olacaq".
De Byazi Azər Əliyevin Azərbaycan millisinə cəlb olunması məsələsinə münasibət bildirmək istəməyib: "Yaxşı olardı ki, bu barədə başqa vaxt danışaq. Malta ilə matça hazırlaşırıq və udmaq istəyirik. Bütün diqqətlərimiz qarşıdakı matçlardadır. Hazırda əlimizdəki oyunçulardan bəhs etmək istəyirəm".
Təcrübəli mütəxəssis U-21 yığmasına çağırılan "Qarabağ"ın yarımmüdafiəçisi Rüstəm Əhmədzadənin daha sonra A milliyə cəlb olunmasına da münasibət bildirib: "Əvvəlcə onu U-21-ə buraxmaq istədim. Amma Namik Ələskərov zədələndiyindən Rüstəmi əsas milliyə çağırdım. Düzdür, bu mövsüm az oynayır, amma ona ümidim böyükdür. Azərbaycan futbolunun gələcəyi ola bilər".
Baş məşqçi uğur qazanmaq üçün birlik nümayiş etdirməyin önəmini vurğulayıb: "Qələbə öz-özünə gəlmir. Onu axtarmaq lazımdır. Bunu birlikdə edə bilərik. Yeni layihəyə başlayırıq. İyunda 4 oyun keçirəcəyik və bizə 30-a yaxın futbolçu lazım olacaq. Bizə indi birlik lazımdır. Hamımız başa düşməliyik ki, bu bayraq üçün mübarizə aparırıq və uğur qazanmalıyıq".
De Byazi Millətlər Liqası matçlarının mövsüm başa çatdıqdan sonra oynanılmasının çətinlik yaradacağını istisna etməyib: "Amma rəqiblərimiz də yorğun olacaq, ağır mövsümdən sonra oynayacaqlar. Balanslı qrupdur. Slovakiyanı çıxmaq şərtilə, digərləri ilə mübarizə aparmaq olar. 3 gündən bir oynayacağımız üçün səfərlər edəcəyik". Qrupumuzdakı digər rəqibin bilinməsi üçün pley-off oyunlarını gözləyirik"/Report.
Qeyd edək ki, Azərbaycan millisi martın 25-də Malta, 29-da isə Latviya ilə qarşılaşacaq. Hər iki görüş Maltada baş tutacaq.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi