26-03-2014 [14:39]
Vüsal HƏTƏMOV
Əslində, mənim üçün kimin kimə işləməsi, hansı dövlətə işləməsi, habelə Rusiyaya, İrana, Türkiyəyə, Qərbə, bundan başqa özü bir müdhiş qaranlıq olan iqtidara işləməsi mənəvi cəhətdən xəyanətdir. Və bu barədə yazmazdım da. Sadəcə, Müsavat saytında ekspertlər qrupu” adından gedən bir yazı məni özümdən çıxartdı. Məqalənin adı belədir "Azərbaycandakı Rusiyapərəst qüvvələr təşkilatlanır” http://birlik.az/index.php?do=xeber&id=8676
Məqalədən belə başa düşülür ki, bu, analitiklər deyim, yoxsa nə deyim, belə demək istəyiblər ki, Qərbə işləmək "çiçə”dir, Rusiyaya – "XOXAN”a işləmək isə "kıxı”dır.Bir sadə vətəndaş kimi sual vermək istəyirəm: niyə bir dövlətə işləmək yaxşı sayılır, digərinə işləmək pis? Niyə ruspərəstlərə "Kreml uşaqları” adını qoyursunuz, qərbpərəst olmaqla, üstəlik də, Qərbə işləməklə özünüzü demokratlar adlandırırsınız? Axı bu xalq üçün Rusiya, ya Amerika istilasının nə fərqi var? Biri "snikers”, yedizdirəcək, o biri isə "qrilyaj” konfeti? Sizin kimi Qərbpərəstlərin oyununa düşmədimi bu xalq? 70 il rus çivini yenicə çıxartmışdıq ki, həmən dəqiqə Qərb pazını soxdunuz həmin yerə. Əslində, çivin yarasını sağaltmaq asan idi. Amma bu paz yarasının sağalması çətin olacaq. Sağalsa, da izi qalacaq. Necə ki bu 23 ildə Qərbin bizdə yaratdığı "mavilik”, "müğənnilik”, pozğun şouçuluq izi tarixdə xatırlanacaq. Qərbin pulu gəlsin deyə, milli-mənəvi dəyərlərə təpik atmaq, pozğun gənclik elitası yaratmaq layihələrini hansı təşkilat və ya onlara bağlı media orqanları həyata keçirdi? Əlbəttə, sadalamaqla qurtaran deyil. Rus bizim dinimizi, imanımızı aldısa, Qərb də lazımsız radikal təriqətləri, qeyri-ənənəvi məzhəbləri yeritmədimi ölkəizə? Niyə siz qərbpərəstlər bir dəfə bu radikal, qeyri-ənənəvi təriqətlərin təhlükəsindən danışmadınız mediada. Onların arxasında Qərb durur deyə?
Nə isə, keçək əsas məsələyə. Sözügedən "ekspertlər qrupunun ” məlum yazısından bir şey başa düşdüm: İctimai palatada, Milli Şurada bir şey qazana bilməyən "iti qılınclı demokratik Müxalifət", deməli, indi də iqtidara mesaj atır ki, biz artıq sizinlə işləməyə hazırıq. Və adını da qoyur ki, "dövlətçilik naminə!" Mən o vaxtdan deyirdim ki bu müxalifətdi, zaddı, hamısı özləri üçün bu cəbhəni iş yeri ediblər.... İndi bunların sözügedən bu təhlilindən, sizcə, nə başa düşmək olar? Bu istənilən vəziyyətdə öz hakimiyyəti üçün istifadəni bacaran hazırkı iqtidara yalvarmaq deyilmi? Və ya sizin təbirinizlə, Rusiya təhlükəsi varsa, hakimiyyət real Rusiya gücünü qoyub sizin kimi zəif müxalifətə "stafka” edəcək?!
İkincisi, bunu "Aparıcı Müxalifət" cəbhəsinin "Müqəddəs Qərbə" xəyanəti kimi dəyərləndirməməliyikmi?Axı Qərblə iqtidarımız mehriban düşməndir!
Bir sual da yaranır, olmazdı ki, bunu gedib gizlincə iqtidarla danışaydınız, mənim kimilər də, sizə baş qoşmayaydı? Yaxşı da, indi bunu mediaya ötürməklə biz sadə gənclər belə başa düşürük ki, iqtidardan nəsə istəmisiniz, iqtidar da sizə deyib ki, gedin mediada üzrxahlıq edin və deyin ki, iqtidarın qılıncının altından keçməyə hazırıq. Siz də adını da təhlil qoymaqla guya sığortalanırsınız?!
Vallah, məni qınamayın a müxalif qaqalar. Sözlərinizdən belə başa düşülür ki, özlərini aparıcı müxalifət hesab edənlər, indi də hakimiyyətə, deyəsən, yalvarır ki, bizə gün ağlayın. Ona görə də yalandan -doğrudan "rus agentləri" oyununu atırlar ortaya. Və deyirlər ki bu, xəyanətdir. Bəs indiyə kimi niyə Qərbə işləmək xəyanət deyildi, amma Abbas Abbasovun rusa işləməsi xəyanət sayılmalıdır? Hələ o da sübut olunsa ki, bu işləməkdir, yoxsa strateji vəziyyətdə əlaqə qurmaq. Yenə də deyirəm, bizim üçün Qərbə də, Türkiyəyə də Rusa da, İrana da, hansı dövlətə olur olsun, işləmək xəyanətdir. Sadəcə demək istəyirik ki, kiməsə agent damğası vuranlar, birinci öz üzərlərindən agent damğalarını götürsünlər. Sonra xalq bunlara inanar bəlkə.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi