Türkiyədə AZAL-ın təyyarəsi qəzaya uğradı

img

25-03-2014 [10:20]


İstanbulun Atatürk Hava Limanında Bakı-İstanbul reysini yerinə yetirən "Azərbaycan Hava Yolları" QSC-yə məxsus təyyarənin sağ təkəri yanıb. 


MIA Trend-ə istinadən məlumat verir ki, QSC-yə məxsus "Boeing 757-200" tipli təyyarə Bakı vaxtı ilə saat 12:50-də Atatürk Hava Limanına enib. Təyyarə sərnişinlərin enməsi üçün Xarici reyslər terminalına yaxınlaşıb. Bu zaman parklanmış təyyarənin sağ arxa təkərləri ani olaraq alışıb. Alovun qarşısı qısa zamanda alınıb, yanğın söndürülüb.

Hava gəmisindən enən sərnişinlərin təhlükəsizliyi təmin edilib. Təyyarə təmirdən sonra İstanbul-Bakı reysini uğurla həyata keçirib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA