24-03-2014 [00:07]
4 iyul 1993-cü il
Nisbətən sakitlikdir. Polis işçiləri, Milli Ordu əsgərləri sakitlikdən istifadə edib, vəziyyəti təhlil edirik. Söhbət keçmiş polis komandiri R.Babayevdən, kapitan Q.Vəlişovdan gedir. Hamı Rəhim Qazıyevi lənətləyir. Onların polkdan uzaqlaşdırılmasını ən böyük təxribat hesab edirlər. Babayev polka rəhbərlik edəndə cəbrayıllılar evdə rahat yatırdı. Nizam-intizam var idi. Əsgərlər onu sevirdi. Hətta deyirdilər ki, Babayevi geri qaytarsalar, Hadrutu da alarıq. Ancaq polka döyüşmək üçün yox, yüksək maaş almaq, dolanışıq xatirinə gələnlər ona işləməyə imkan vermədilər. Hətta onu polkdan uzaqlaşdıranda yerli əhali kütləvi sürətdə ayağa qalxdı. Müdafiə Nazirliyinə etiraz teleqramları vuruldu. R.Qazıyev isə bildiyini edirdi.
Axşam saat 20.30-dur. Əlavə qüvvənin bizi əvəz etməyini gözləyirik. Bu zaman batalyon kimandirini əvəz edən Maarif Novruzov gəlib xəbər verdi ki, ratsiya ilə polkdan bildiriblər ki, ermənilər 9-cu km-dən tanklarla Cəbrayıla hərəkət edirlər. Eyni xəbəri icra başçısının köməkçisi Famil də ratsiya ilə icra başçısına xəbər verir. Həmişə təmkinli davranan, Cəbrayılın müdafiəsində xüsusi rolu olan polis rəisi Vaqif Məhərrəmov hamını sakitləşdirir. Biz vəziyyəti öyrənmək üçün onunla "Arpa dərə” adlı yerdə yerləşən rabitə maşınının yanına gedirik. Biz çatanda keçmiş komandir R.Babayev də orda idi. Polk komandiri M.Həsənov dedi ki, xəbəri briqadadan polka bildiriblər. R.Babayev dedi ki, rayon mərkəzində vəziyyət pisdir. Camaat bilmir neyləsin. Babayev yuxarıdakı postla əlaqə saxladı. Postdakılar bildirdilər ki, ermənilər Günəşli, Qaradağlı kəndlərini yandırır, ancaq Cəbrayıla tərəf heç bir texnikanın hərəkəti yoxdur. Bu zaman Qaracallı kənd sakinləri Tofiq və Məmmədqulu Məmmədov qardaşları maşınla bizim yanımıza gəldi. Onlar xəbər verdilər ki, kəndə yük maşınında bir neçə əsgər gəlib. Maşında gedə-gedə "ermənilər gəlir, qaçın” – deyiblər. Camaat kəndi tərk edir, kömək edin!
Vəziyyət çox qorxulu idi. Bu xəbər yüksəklikdə mövqe tutan əsgərlərə çatsaydı, onlar mühasirədə olduqlarını güman edəcəkdilər.
Məsləhət oldu ki, Qaracallıya mən gedim. Orda mənim qohumlarım var, həm də camaat mənə inanır. Polk komandirinin maşınında kəndə tərəf getdim. Nuşirəvan müəllimin kərpic sexinin yanında nələr gördüm! İlahi, kaş gözlərim kor olaydı. Ayaqyalın, başıaçıq qız-gəlinlər, körpələr kənddən çıxırdı. Maşınlara ev əşyaları yüklənirdi. Qaracallı kənd sakinləri Nuşirəvan müəllim, Hüseyn müəllim, oğlu Asif müəllim, İxtiyar müəllim və Mehracdan xahiş etdim ki, bu, təxribatdır, yalan deyirlər. İnanan da oldu, inanmayan da. Onda yolun ortasında uzandım. Dedim ki, kim keçir, mənim üstümdən keçsin. Deyəsən, inandılar. Oradan rəislə komandirin yanına gəldim. Onlar da bir neçə maşını geri qaytara bilmişdilər.
Gecə saat 2-də R.Babayevin şəxsi maşınında rəislə rayon mərkəzinə qayıtdım. Burada hamı meydana toplaşmışdı. Məlum oldu ki, mülki-müdafiə qərargahının rəisi də ermənilərin hücumu haqda camaata məlumat verib. Əhali də onu döyüb, komendantlığa aparıb. Polis rəisi Məhərrəmov camaatı sakitləşdirdi. Hamı evinə dağılışdı.
Gecə saat 3-də polis işçilərindən Mürvət, Əvəz, Xaqani, Hafiz, Mübariz və başqaları ilə birlikdə Məhərrəmovun əmri ilə yüksəklikdə mövqe tutduq. Sərəncamımızda 2 ədəd BTR də vardı. Hafizlə mən öndə, bir az arxada Mürvət, sonra o biri uşaqlar mövqe tutdu. Yanımıza Milli Ordudan 2 nəfər gəldi. Bizə 2 ədəd F-1 qumbarası da verdilər. Uşaqlar bir yerə yığıldı. Babayevdən xəbər yox idi. Hamı söz verdi ki, geri çəkilmək yoxdur. Əgər tanklar gəlsəydi, onları Mürvət və Hafiz vurmalıydı. Uşaqlarda yüksək döyüş ruhu vardı.
Səhər saat 4-də bir nəfərin ulaqla gəldiyini gördük. Hafiz onu bizim yanımıza gətirdi. Dedi ki, mən Füzulinin Rəfəddinli kəndindənəm. Doşulu Ərşad müəllimin oğlu Kərəmin qayınatasıyam. Gedirəm Kərəmin qardaşı Cavanşiri də götürüb qayıdam kəndə, ev əşyalarını gətirəm. Kəndə qaçaq saldılar, Milli Ordunun əsgərləri qaçdılar. 9-cu km-də nə erməni var, nə də tankı.
Səhər bizi əvəz etdilər. Mən rayon mərkəzinə gəldim. Silahı polis şöbəsinə qaytardım. Rayon mərkəzindəki adamlar məni görəndə təəccübləndilər. Məlum oldu ki, xəbər yayılıb ki, AXC RŞ-nin sədri V.Əlisoy axşam arvad-uşağını da, evini də yığıb qaçıb. Hər şey aydın idi. Kimlərsə yenə oyun oynayır. Çünki AXC RŞ İrana mal daşıyan qaçaqmalçılara, yerli mafioz qruplara həmişə mane olub. Onlar da indi vəziyyətdən istifadə edirdilər. Evə gəldim. Hamı evdə idi. Məni görəndə ağlaşdılar. Dedilər ki, bəs bizə zəng vurub deyiblər ki, sən həlak olmusan. Onları sakitləşdirdim.
5 iyul 1993-cü il
Ermənilərin 2 iyuldakı hücumu zamanı işğal olunmuş Qaradağlı, Gorazallı kəndlərində mənim də qohumlarım həlak olmuşdu. Qohumlarımızdan Əmin dayının oğlunun yas yerinə Cəbrayıl DİŞ-nin rəis müavini Vaqif Hüseynov, RXTŞ-nin metodisti Səxavət Məhərrəmov və əmioğlu Məhəmməd Ələkbərovla birlikdə getdik. Yas yeri Füzulinin Babı kəndində idi. Orada bizə qohumumuz Bəyim müəllim (o, Gorazıllı kəndində yaşayırdı) danışdı ki, iyulun 1-də kəndə 10-12 nəfər başında qara lent olan Milli Ordu əsgərləri gəldi. Dedilər ki, iyulun 2-də Hadruta hücum edəcəyik, ona görə də minalanmış sahəni bizə göstərin, oranı təmizləyək. Yerli əsgərlərlə birlikdə minaları təmizləyiblər. İyulun 1-dən 2-nə keçən gecə saat 4-də Günəşli postundan bir işıqsaçan güllə atıldı. Biz elə bildik ki, Cəbrayıl tərəfdən bizdəki qüvvələrə xəbər verirlər ki, hücum edək. İkinci, üçüncü güllələr açılan kimi Şəybəkdən erməni tankları kəndə girdi. Deməli, işarəni verən ermənilər imiş. Mən Bəyim müəllimdən və digər qohumlardan eşitdiklərimi Cəbrayıla qayaıdan kimi MTN-nin rayon şöbəsinin rəisi İbrahim Şirinova danışdım.
11 iyul 1993-cü il
AXC Cəbrayıl RŞ-nin məclisi keçirildi. Gündəlikdə 4 iyuldakı təxribatla əlaqədar məsələ dururdu. Məclis qərara aldı ki, hadisəni aydınlaşdırmaq üçün AXC RŞ adından Azərbaycan Respublikasının Prezidentinə, Ali Sovetin sədrinə teleqram vurulsun. Məktubla rayon komendantına, rayon prokuroruna, MTN-nin rayon şöbəsi sədrinə müraciət edilsin. Təxribatla məşğul olanlar tezliklə aydınlaşdırılsın, xalqa məlumat verilsin, kim günahkardırsa cəzalandırılsın.
12 iyul 1993-cü il
AXC Cəbrayıl RŞ-nin məclisinin qərarı ilə Əbülfəz Elçibəyə, Heydər Əliyevə teleqrama vurduq. Rayon prokuroruna, komendanta, MTN-nin rayon şöbəsinin rəisinə məktub yazdıq. Xahiş etdik ki, bu məsələ tezliklə aydınlaşdırılmalıdır. Günahkarlar ciddi cəza almalıdır. Çünki Xocalı, Şuşa, Laçın, Kəlbəcər məhz belə qurban verilib.
13 iyul 1993-cü il
Rayon prokuroru, ədliyyə müşaviri İ.Rəhimovun imzası ilə məktub aldıq. Bildirilirdi ki, məktub tədbir görülmək üçün rayon komendantı Vaqif Məhərrəmova göndərilib. Cavab veriləcək.
23 iyul 1993-cü il
Cəbrayıl rayon sovetinin 7-ci sessiyası keçirildi. Gündəlikdə iki məsələ qoyulmuşdu.
1.Rayonda taxıl biçininin gedişi.
2.Mənzillərin bölüşdürülməsindəki vəziyyət.
Söz aldım. (Mən rayon sovetinin deputatıyam) Dedim ki, 4 iyuldakı təxribat baş tutsaydı, onda biz bu iki məsələni burada müzakirə edə bilməzdik.
Xahiş etdim ki, necə ki, Gəncə hadisələri Milli Məclisdə mküzakirə edilirdi, biz də 4 iyun hadisələrini müzakirə edib qərar qəbul etməliyik.
Məsələni gündəliyə salmadılar. İclasda deputatlar, idarə, kolxoz rəhbərləri də iştirak edirdi. Dedilər ki, bu haqda elə-belə məlumat vermək olar.
Sessiyanın sonunda rayon komendantı 4 iyun hadisələri haqda məlumat verdi. Mən də söz aldım. 2 iyuldan 5 iyula qədər olan hadisələri bütün detalları ilə açdım. Polk komandirinə hərbi hissədəki nizam-intizamın zəif olduğunu, ən nəhayət, bunun bir gün pis nəticə verəcəyini deputatlara xatırlatdım. Bildirdim ki, AXC Cəbrayıl RŞ-si adından Əbülfəz Elçibəyə, Heydər Əliyevə teleqram vurulub. İndi də gəlin sessiya adından teleqram vuraq, qoy gəlsinlər, yoxlasınlar. Qəbul etmədilər. Onda tələb etdim ki, mənim çıxışım olduğu kimi yazılsın. Sessiyadan sonra katib Paşa müəllim dedi ki, dediklərini qeyd etdim. Heyf ki, sənə fikir vermədilər. Bu deputatları hamı tanıyır. Sessiyada mənə deputat Qəşəm Quliyev, icra hakimiyyətinin Şahvəlli kənd üzrə nümayəndəsi Miriməli tərəfindən hücumlar oldu. Mən öz borcumu yerinə yetirmişdim.
30 iyul 1993-cü il
Səhər işə getmişdim. Mən RXTŞ-də metodist işləyirdim. Eyni zamanda AXC Cəbrayıl RŞ-nin sədri idim. Bu vəzifədə heç bir əməkhaqqı almırdım. Böyük Mərcanlı kənd orta məktəbinin müəllimi, AXC üzvü Kamil müəllim küçədə mənə rast gəldi. Dedi ki, "Səs” qəzetini oxumusan? Dedim yox. Qəzeti mənə verdi. 30 iyul tarixli "Səs” qəzetində "Yenə xəyanət” adlı məqalə verilmişdi. Məqalədə rayon sakini Əmir Abbasovla müsahibə verilmişdi. Heç nəyi yoxlamadan qəzetin redaktor müavini S.Aran 4 iyuldakı təxribatda mənim də adımı çəkirdi. Əmir Abbasov əhaliyə məişət xidməti kombinantının direktoru idi. İşdən çıxarılmışdı. Dəfələrlə iş barədə mənə müraciət etmişdi. Mən də demişdim ki, AXC RŞ heç kəsə iş vermir. İş üçün icra hakimiyyətinə müraciət etmək lazımdır. Onu da deyim ki, AXC iqtidarda olduğu zaman RŞ tərəfindən heç kəsə iş verilməmişdi. Qəzeti götürüb MTN rayon şöbəsinin rəisi İbrahim Şirinovun yanına getdim. Ona etirazımı bildirdim. Mənim yanımdaca "Səs” qəzetinə zəng vurdu. Etirazını bildirdi ki, belə yazı verən zaman heç olmasa onlarla əlaqə saxlamaq lazım idi. Müxbir gəlsin. Onda hər şey aydın olar. Söz verdilər ki, müxbir gələcək.
Sonra İbrahim müəllim mənə MTN-ə ünvanlanmış məktubu göstərdi. Doğrudan da o, hər şey haqqında öz rəhbərliyinə məlumat vermişdi. Mənə də dedi ki, belə şeylərə fikir vermə. Əsas torpaqdır. Onu qorumaq lazımdır.
2 avqust 1993-cü il
Saat 10.00-dır. RXTŞ-də öz kabinetimdə oturmuşdum. Rayon xalq təhsili şöbəsinin müdiri Kamil Məmmədov mənə dedi ki, MTN-nin rayon şöbəsinin rəisi İbrahim Şirinov zəng vurmuşdu. Dedi ki, mənimlə əlaqə saxlasın.
(Ardı var)
Vaqif Əlisoy
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi