Bank köçürməsi qalmaqalı qızışdı, Fərhad Mehdiyev saytları məhkəməyə verir

img

23-03-2014 [23:27]


Politoloq Fərhad Mehdiyev saytları məhkəməyə verir. 

Fərhad Mehdiyev məhkəməyə müraciət etməsi ilə bağlı mətbuata açıqlama verib:

"Son günlərdə şəxsim də olmaq üzərə, Cağ Öyrətimə bağlı müəssisə və əməkdaşları ilə bağlı yalan məlumatlar yayılır. Bəzi xəbər saytları da, bu məlumatların həqiqiliyini yoxlamadan nəşr edirlər. Haqqımda da növbəti bir iftira məktibi gəlib və mənim güya 70.000 USD aldığım göstərilir. Bu məlumatın iftira olduğunu başa düşmək üçün göndərilən sənədə baxmaq lazımdır. Bank köçürmələrini bilən insanlar həmin sənədə baxdıqda görəcəklər ki, mənim İBAN nömrəm orda 666929 kimi göstərilib. Halbuki İBAN nömrələri çox daha uzun olur, Azərbaycandakı bank müştərilərinin İBAN nömrələri AZ ilə başlayır, 6 xanalı yox 28 xanalı olur. Bu iftiranı hazırlayan sadəcə yalancı deyil, eyni zamanda savadsızdır. Zatən onun göndərdiyi digər şəxslər haqqında olan uydurma məktublarda da, ilk baxışda anlaşılan səhvlər var idi. Habelə bu cür külli məbləqdə pul köçürmələri – kimə nə qədər pul gəldiyi, çirkli pulların yuyulmasının qarşısını almaq məqsədi ilə, dövlətlərin Mərkəzi Bankları tərəfindən də qeydə alınır. Nə Yapı Kredi bankında, nə də Azərbaycan Respublikası Mərkəz Bankında belə bir qeydiyyatın olması mümkün deyildir. Çünki mən Faruk Mercan adlı şəxsi tanımadığım kimi, ömrüm boyu heç 10.000 USD məbləğində belə bank köçürməsi almamışam. Bu cür iftiraların daha sonra gələcəyi də istisna olunmur. Bunlar Türkiyədəki mənbələrdən məlum məsələlərlə bağlı göndərilir, Azərbaycanda olan icraçıları tərəfindən "servis” edilir. Isimlər təsadüfi seçilir, məqsəd cəmiyyətdə bir qara PR kampaniyası keçirməkdir.
Jurnalistlərə, naməlum və kimliyini gizlədən şəxslərin e-maillərinə etibar etməmələrini, məlumatı yoxlamalarını xahiş edirəm. Bir daha bildirmək istəyirəm ki, özümü, Azərbaycanımıza yaraşan, onun maraqları üçün yaşayan və xalqına xidmət edən bir vətəndaş kimi görürəm. Bütün fəaliyyətim açıq və şəffafdır. Gəlirim pedagoji fəaliyyətə görə maaşla, hüquqi məsləhət, KİV-lərdəki fəaliyyətim və elmi tədqiqatlarla məhduddur. Gələcəkdə də, haqqımda gələn bilgiləri yoxlamadan nəşr edənlərə, və mənim mövqeyimi əks etdirməyənlərə qarşı qanuni şikayət haqqımı istifadə edəcəyimi bir daha bildirirəm”.

 Daxil olan məlumata görə, Fərhad Mehdiyevin məhkəməyə verdiyi saytların sırasına daha bir neçəsi də əlavə olunacaq.

İnterpress.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA