30 ölkəni təmsil edən 350 jurnalist Qarabağla bağlı BƏYANAT verdi

img

22-03-2014 [22:15]


Bu gün Türkiyənin Eskişehir şəhərində keçirilən Türk Dünyası Qəzetçilər Şurasının toplantısına qatılmış dünyanın 30 ölkəsini təmsil edən 350 jurnalist Azərbaycanın işğal olunmuş torpaqları ilə bağlı bəyanat qəbul edib. 


Bəyanatı imzalayan jurnalistlər İngiltrərə, Fransa, Almaniya, Rumıniya, Bolqarıstan, Hollandiya, Belçika, Kosova, Makedoniya, Suriya, İran, İraq, Rusiya, Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan, Şimali Kipr Türk Respublikası və digər ölkələri təmsil edirlər.

Azərbaycanı tədbirdə Mətbuat Şurasının sədri Əflatun Amaşovun rəhbərlik etdiyi 7 nəfərdən ibarət nümayəndə heyəti (Elşad Eyvazlı, Akif Aşırlı, Azər Həsrət, Aqil Camal, Əfsanə Ələsgərli, Aida Eyvazova) təmsil edir.

Bəyanatda deyilir ki, Qarabağdakı işgal qəbuledilməzdir və beynəlxalq aləm Ermənistanı zəbt etdiyi Azərbaycan torpaqlarından çıxmağa məcbur etməlidir.

Bəyanat xarici dillərə tərcümə edilib yayılacaq.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA