Tağı Əhmədov Dubay istirahətindən danışdı

img

22-03-2014 [22:14]


Bu gün Bakı metrosunun keçmiş rəisi Tağı Əhmədovun ailəsi ilə birgə Dubayda istirahətdə olması haqda KİV –də məlumatlar yayılmışdı. Hətda onun ən bahalı otellərdən birində istirahət etdiyi deyilirdi. 


"Xeberdar.az” saytı Tağı Əhmədovun həqiqətən ölkəni tərk etməsini və onun Dubayın ən bahalı otellərindən birində istirahət etməsi xəbərini dəqiqləşdirmək üçün, eks rəislə əlaqə saxlayıb. Tağı Əhmədov saytımıza açıqlamasında ölkəni birdəfəlik tərk etməsi xəbərinin yalan olduğunu bildirib. "Kim mənim ölkəni birdəfəlik tərk etdiyimi deyirsə, o qələt edir, başını da daşa döyür. Hamı kimi mən də bayramla əlaqədər ailəmlə birgə Dubaya gəlmişəm. Hal-hazırda burda istirahət edirik. Burda ucuz otel yoxdu, kimsə mənim qaşıma, gözümə aşiq deyil ki, mənə oteli ucuz versin...Yaxşı oteldə qalmaq istəyirsənsə, yaxşı da pul ödəməlisən. Ayın 26-sı axşam Bakıya qayıdacağıq.Metro məsələsi ilə bağlı heç nə soruşmayın. O məsələni qapatmışam.Bütün Azərbaycan xalqının bayramını təbrik edirəm”.- deyə Tağı Əhmədov bildirib.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA