“Azadlıq” radiosunun büro rəhbəri qətlə yetirildi

img

22-03-2014 [22:11]


"Azadlıq” radiosunun Bağdad bürosunun rəhbəri Mohammed Bdaivi Ovaid öldürülüb.

Hadisə bu gün səhər saatlarında prezident sarayından bir qədər kənarda, radionun ofisi yaxınlığında xüsusi mühafizə olunan ərazidə baş verib.
"Qafqazinfo”nun Azadlıq.org-a istinadən məlumatına görə, jurnalisti hərbi mühafizəçinin öldürdüyü bildirilir.
Araşdırmalara başlanılıb.
Efirdə Həsən Rəşid kimi tanınan Ovaid 1993-cü ildən jurnalistikada idi. Bir neçə media qurumunda redaksiya heyətinin təsisçisi və ya rəhbəri olub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA