Nazir müavini: "Atəşkəsin pozulması yolverilməzdir, çünki..." - "Ermənistanla heç bir qeyd-şərt olmadan delimitasiya prosesinə başlamağa hazırıq"
11-03-2022 [19:30]
Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov son günlər Rusiya sülməramlılarının müvəqqəti yerləşdikləri ərazilərdən qanunsuz erməni silahlı birləşmələrinin atəşkəsi pozmasına münasibət bildirib.
Mia.az xəbər verir ki, o, jurnalistlərə açıqlamasında sülhməramlıların nəzarətində olan ərazilərdə ermənilərin yaşadığını və onların gələcəkdə Azərbaycana inteqrasiyasının qarşıda duran əsas məsələlərdən biri olduğunu bildirib: "Biz hesab edirik ki, onlar Azərbaycan vətəndaşlarıdırlar”.
Nazir müavini deyib ki, münaqişə başa çatıb, Azərbaycanın ərazi bütövlüyü bərpa olunub: "Atəşkəsin pozulması halları olur. Amma təbii ki, bütün bunlar sülhün möhkəmlənməsinə xidmət etmir və düşünürəm ki, bu hallar aradan qaldırılmalıdır. Tam əminəm ki, sülhməramlılar da öz vəzifələrini, öhdəliklərini tam başa düşürlər. Qanunsuz erməni hərbi birləşmələri birmənalı olaraq çıxarılmalıdır və bu istiqamətdə proseslər gedəcək. Təbii ki, sülhə mane olan bütün neqativ hallar aradan qaldırılmalıdır. Atəşkəsin pozulması yolverilməzdir. Çünki atəşkəsin pozulması ilk növbədə üçtərəfli razılaşmalara yönəlmiş addımlardır və bu hallara son qoyulmalıdır".
Nazir müavini bildirib ki, Ermənistanla heç bir qeyd-şərt olmadan sərhədlərin delimitasiyası prosesinə başlamağa hazırıq: "Azərbaycan hökumətinin bununla bağlı mövqeyi məlumdur. Buna paralel olaraq iki ölkə arasında münasibətlərin bərpası və digər sahələrdə əlaqələr qurula bilər. 3+3 formatı bölgədə sabitliyin bərpası üçün işə düşüb. Azərbaycan tərəfi buna öz töhfəsini verir və verməkdədir. Təbii ki, bütün bunlar Ermənistan hakimiyyətinin siyasi iradəsindən asılıdır. Siyasi iradə göstərsələr, biz münaqişə tarixinin səhifəsini bağlamağa hazırıq. Gələcəkdə sülh müqaviləsinin bağlanması da bundan asılıdır. Erməni xalqı da sülh istəyir. Lakin bunun həyata keçirilməsi üçün dediyim kimi, siyasi iradə olmalıdır
Kommunikasiyaların açılması, üçtərəfli bəyanatların tam və davamlı şəkildə yerinə yetirilməsinin tərəfdarıyıq. Əgər bunlar baş vermirsə, münasibətlərin normallaşmasında ləngimələr olacaq. Naxçıvana avtomobil və dəmir yolunun açılması istiqamətində işlər görülməlidir".
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi