20-03-2014 [12:24]
Azərbaycanda hərbi sahədə daxili çəkişmələr, bundan qaynaqlanan kadr dəyişiklikləri beynəlxalq medianın da diqqətini çəkib. Jurnalist Joshura Kucera "Azərbaycanda hərbi sahədəki təmizləmələrin arxasında nə dayanır?” başlıqlı məqalə hazırlayıb. "Eurasianet.org”da yayımlanan məqalənin tərcüməsini təqdim edirik:
Azərbaycanda Zakir Həsənov müdafiə naziri təyin olunandan sonra ötən bir neçə ay ərzində yeni rəhbərlik hərtərəfli təmizləmələr həyata keçirir.
Bir müddət əvvəl məlumat yayıldı ki, yüksək rütbəli bir neçə zabit ehtiyata buraxıldı. Başqa sözlə, onlar xidmətdən kənarlaşdırıldı. Onların arasında keçmiş müdafiə naziri Səfər Əbiyev və ən azı, daha yeddi nəfər yüksək rütbəli zabitin adı vardı.
Hərbi analitik Cəsur Sümərinli bildirib ki, əslində, həmin adamlar hələ ötən ilin noyabr-dekabr aylarında vəzifələrindən çıxarılıblar, sadəcə, indi ehtiyata göndəriliblər.
Bundan başqa, dövlət başçısı İlham Əliyev Azərbaycanın Hərbi Dəniz Qüvvələrinin komandanı, vitse-admiral Şahin Sultanovu vəzifəsindən azad edərək, onu Hərbi Dəniz Qüvvələrinin qərargah rəisi, birinci dərəcəli kapitan Yunis Məmmədovla əvəzlədi. Maraqlıdır ki, bu sərəncamdan əvvəl Sultanovun həbsi barədə məlumatlar yayılmışdı, Müdafiə Nazirliyi isə həmin xəbərləri təkzib edirdi.
Yanvarda Naxçıvan Muxtar Respublikasına səfəri zamanı Zakir Həsənov Silahlı Qüvvələrdə bir sıra kadr dəyişiklikləri etdi və görünür, həmin dəyişikliklərlə bağlı hesabatlılıq Müdafiə Nazirliyini qıcıqlandırıb. "Dəyişikliklər ”Hərbi Xidmət haqqında" Əsasnamənin tələblərinə uyğun həyata keçirilir və xidmətdə səmərəliliyin artırılması məqsədi daşıyır", - deyə nazirlik bəyan etdi.
Müdafiə Nazirliyi vətəndaşlara, eləcə də KIV nümayəndələrinə müraciət edərək, onları Silahlı Qüvvələrdə islahatlar, struktur dəyişiklikləri, görüşlər və s. barədə məlumatlar yayarkən dövlət sirrinin qorunması məsələsinə həssas yanaşmağa çağırıb.
Cəsur Sümərinli deyir ki, dəyişikliklərin əsas səbəbi daxili güc mübarizəsindən qaynaqlanır: vəzifədən çıxarılan generalların böyük əksəriyyəti Əbiyevə yaxın olmuş adamlardır.
Nazirlikdə digər güc mərkəzinə isə Silahlı Qüvvələrin Baş Qərargah rəisi Nəcməddin Sadıqov rəhbərlik edir. "Bu iki qrup daim konfliktdə olub. Sadıqov vəzifəsində qalır və Zakir Həsənov gərginliyi azaltmaq üçün Əbiyevin adamlarını uzaqlaşdırır”, - deyə Sümərinli bildirib.
Hərbi analitik qeyd edir ki, yeni təyinatlarla bağlı daha bir faktor bu sahədə korrupsiyanın azaldılması ola bilər. Bir sıra media orqanları da bu məqama diqqət çəkib. Bununla belə, Cəsur Sümərinli onu da əlavə edir ki, Sadıqov və ona yaxın generalların Əbiyevə yaxın adamlardan daha az korrupsiyalaşdığını düşünməyə heç bir əsas yoxdur.
"Azadlıq" qəzeti
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi