"Sumqayıtın məmurlarını necə tanıyırıq?” rubrikasının bu dəfə Sumqayıt səhiyyə şöbəsinin fəaliyyəti haqqında söhbət açılacaq. Həmkarlarımıza belə bir sualla müraciət etdik: "Sumqayıt səhiyyə şöbəsinin və onun rəhbəri Ələkbər Tağıyevin fəaliyyətini necə qiymətləndirirsiniz?"
Xəyal Şükür, Faktxeber.com saytının əməkdaşı
- Bu məqalə (http://www.faktxeber.com/sumqayt-2-sayl-doum-evind-ana-v-uaq-dhti_h441589.html) ilə mən cənab Ələkbər Tağıyevin fəaliyyətinə lazımi qiymət verməyə çalışmışam... Məqalədə qeyd olunanlar sadəcə baş verən hadisələrdən yalnız biridir. Mən ancaq gördüklərimi yazmışam. Görmədiklərim isə yəqin ki, daha dəhşətli olar.
Rövşən Əliyev, Azad Azərbaycan Televiziyasının əməkdaşı
- İşbazlar. Səhiyyə, həkimlik və Hippokratdan xəbərləri yoxdur!
Zaur Əhməd, Mia.az saytının redaktoru
- Bu gün Sumqayıtda səhiyyə xidməti bərbad vəziyyətdədir. Xüsusən də dövlət tibb müəssisələrində vəziyyət acınacaqlıdır. Sumqayıtda bir ana övlad dünyaya gətirdi, həkimlərin səhlənkarlığı üzündən dünyasını dəyişdi. Belə faktlar onlarladır. Həkimlərin böyük əksəriyyəti vicdanlarını pula satıblar. Sumqayıtda səhiyyə siyasətini yürüdən qurum Səhiyyə şöbəsidir, rəhbəri isə Ələkbər Tağıyevdir. Mənə elə gəlir ki, bu qədər "məziyyəti" olan bir qurumun və rəhbərinin fəaliyyətinə 0 qiyməti vermək lazımdır.
Bəhruz Salmanov, Xeberlent.az saytının baş redaktoru
- Sumqayıt səhiyyəsi acınacaqlı vəziyyətdədir. Sumqayıt şəhərində səhiyyə sektorunda özümüzün üzləşdiyi problemlər və vətəndaşlar tərəfindən redaksiyamıza daxil olan şikayətlər bunu deməyə əsas verir. Sonuncu dəfə vətəndaş M.Orucovun şikayəti əsasında apardığımız müşahidələr bu sahədə rəhbərlik tərəfindən verilən tapşırıqlara o dərəcədə də ciddi yanaşmanın olmamasını, nizam-intizamsızlığı ortaya çıxartdı. Bu gün Sumqayıt səhiyyəsinin bir qurum olaraq fəaliyyəti sıfırdır.
Abbasəli Hüseyni, Xeberlent.az saytının əməkdaşı
- Sumqayıt səhiyyəsi? Sadəcə gülmək lazımdır.Bu da mənim qiymətim:http://xeberlent.az/toplum/toplum-xeberleri/aktual/15105-koerp-boulur-valideyn-fryad-edir-kayt
Elçin Abdullayev, müstəqil yazar
- Sumqayıt səhiyyəsinin hazırkı durumu ilə tanış olan hər bir şəxs, bu adamın rəhbərlik qabiliyyəti haqda çox rahat fikir yürüdə blər. Təbii ki, bu gün respubilikamızda, eləcə də Sumqayıtda kifayət qədər potensiala malik perspektivli (xüsusən də gənc) həkimlərimiz var. Bunu danmaq olmaz. Lakin əfsuslar olsun ki, Ələkbər Tağıyev kimi səriştəsiz və işinin ohdəsindən layiqincə gələ bilməyən rəhbərlərin üzündən onların fəaliyyətinə də kölgə salınır. Bu da ümumilikdə Sumqayıt səhiyyəsinin adının mənfi istiqamətdə hallanmasına dəlalət edir. Ən acınacaqlı hal isə bundan ibarətdir ki, səriştəsiz rəhbərlik qalır kənarda, qınaq obyektinə hər zaman olduğu kimi həkimlər çevrilir. Fikirlərimdən belə anlaşılmasın ki, həkimlərimizin hamısı savadlıdır. Əsla bu belə deyil. İşinin ohdəsindən gəlməyən rəhbərlər kimi, bacarıqsız və savadsız həkimlərimiz də çoxdur. Sadəcə "Ələkbər Tağıyev kimi quruların unun oduna, yaşlar yanır!"
Sübhan Arifoglu, "Zaman və Biz” qəzetinin baş redaktoru
- Səhiyyə sahəsindəki vəziyyətin acınacaqlı olması ilk növbədə dövlət tərəfindən maliyələşməsində görürəm. Bu maliyələşdirmənin düzgün aparılmaması-yuxarıdan aşağıya gəlincə 25-30%-lə idarə olunması acınacaqlı vəziyyətin yaranmasına gətirib çıxarır.Həkimlərin maaşının az olması, yaşayış uğrunda mübarizə aparan həkimlər və tibbi personalın Hippokrat və s.. andların pozmasına gətirib çıxarır.Yaşayış minimumu qədər maaş alan bir adamın dogru- düzgün işləməsi nə dərəcədə düzgün ola bilər ki, evə dönəndə uşaq valideyinin əlinə baxaraq ah çəkir. Dərmanlar satılır, xəstəxanaya girəndə qapıçıdan tutmuş baş həkimin "tasına” qədər sizdən alınmasa vay halınıza ,görüm necə sağalırsınız? Bu kişını də təzə gətirib işə qoyanda da nəyinsə dəyişəcəyinə heç kimin inamı olmur-yalnız adları dəyişir.Əvvəlki səhiyyə şöbəsinin müdirindən ancaq bir şeylə fərqi var ki, doğma Azərbaycan dilimizdə də səlist danışa bilmir. Prezident və onun xanımının dəstəyi ilə yüksək səviyyədə təmir olunmuş xəstəxanalarda da köhnə abu –hava dəyişməyib. Həkim və personallar yaşamaq üçün milləti soyurlar....
Qoy mən tox olum, özgələr ilə nədi karim,
Dünyəvü cahan ac olur olsun, nə işim var?!
Allah sənə rəhmət eləsin Sabir.
Vüsal Hətəmov, "Birlik.az” saytının baş redaktoru
- Bunlar şəfaverici yox, ölüm "mələkləridir". Həm psixoloji baxımdan, həm də savadsızlıqları ucbatından ancaq ölüm saçırlar. Yaxşı həkimlər qalıb kənarda, bunlar düşüb kimlərinsə hesabına işləyirlər. Yerləri ora yox, cəza evi olmalıdır. Çinarə Hüseynova, müstəqil yazar - Nə qədər ki, Sumqayıtda doğuş zamanı həkimlərin səhlənkarlığından ölən analar və körpələr var; - Nə qədər ki, Sumqayıtın xəstəxanalarının qapıçısından baş həkiminə qədər rüşvət var; - Və nə qədər ki, bu siyahını gözüyumulu uzatmaq olar, Onda təklif edirəm ki, bizlər yox, elə Ələkbər Tağıyev özü işini qiymətləndirsin və hərdən adi vətəndaş qiyafəsində xəstəxanalara baş çəksin. Reallığı öz gözləri ilə görsün.
Aidə Eyvazova, müstəqil yazar
-Sumqayııt səhiyyə şöbəsinin müdirinin fəaliyyətini sıfır qiymətləndirmək olar. Çünki bu günlərdə anam təzə açılmşı xəstəxanada kardiologiya şöbəsində yatmalı oldu. İki nəfərlik otağa bizdən əlavə olaraq pul ödəməli olduq.Bunu gecə anamı xəstəxanaya apararkən növbətçi həkim tələb kimi qoydu. İynə və dərmanları, hətta spirt, şpris və pambığı da özümüzə aldırdılar. Xəstəxanada yatdığı müddətdə bir neçə dəfə Rentgen müayinəsi və kardioqrama aparatından keçirilmə pulu isə 4-5 manat təşkil edirdi. Pulu alıb iş görən tibb personalı belə deyir ki, xəstəxanadakı işlədilən tibb ləvazimatının özünü onlara pulla satılır. Təzə xəstəxanada dəmir qanunlar mövcuddur. Hətta liftlə qalxmaq üçün liftçilər adamı birini 1 manata daşımaq üçün oturublar. Düşüb-çıxanlar bu pulu taki srücüsünə ödəyən kimi ödəyirlər. Və ərə xəstəyə lazım olanı dərmanı saat 17:00-19:00 arası çatdırmasan, qalan vaxtlarda bu dərmanın xəstəxanay çatdırılması üçün də texniki tibb personalına pul ödəməli olursan. Söhbət1 saylı şəhər xəstəxanasından gedir.Hələ xəstəxananın həyətinə avtomobillə girmək üçün də pul ödəməli olursan. Pulsuz xidmət budurmu? Nıyə belə ünsürlər insanlarda prezidentimizə inamı öldürmək məqsədi güdürlər?Savadlı həkimlər isə yox dərəcəsindədir. Anamla bir otaqda yatan şəkər xəstəliyiolan qadının qolunda şprisin başlığını 5 gün saxladıqlarından ağır fəsad verdi. Qadının qolunun müalicəsi üçün də lazım olan dərmanları yenə özləinə alırdılar.Bunları görməküçünsadəcə 1 saatxəstəxananın yanındakı apteklərə girmək kifayətdir ki, orada torba-torba dərman alanları alanları və dərmanları xəstəxanaya aparmalarının şahidi olacaqsınız.Etiraz edəndə isədeyirlər ki, Bakıda xidmət bizdən bahadır.

