Ukraynada Böhran və Onun Dağlıq Qarabağ Prosesinə Təsiri: Qərbdən Baxış

img

19-03-2014 [17:30]


Avrasiya Əməkdaşlıq Fondu 17 mart, 2014-cü il tarixində "Ukraynada Böhran və Onun Dağlıq Qarabağ Prosesinə Təsiri: Qərbdən Baxış" adlı dəyirmi masa müzakirəsi keçirib. 


Dəyirmi masa Avrasiya Əməkdaşlıq Fondu tərəfindən Britaniya hökumətinin maliyyə dəstəyi ilə icra edilən "Vətəndaş cəmiyyətinin sülh qurucularını siyasi tərəfdaşlarla əlaqələndirilməsi" proqramı çərçivəsində təşkil edilmişdir. Tədbir "Four Seasons” otelində diplomatik missiyalar, Azərbaycanın hökumət nümayəndələri və parlament üzvləri, o cümlədən yerli ekspertlərin iştirakılə keçirildi. Müzakirənin əsas mövzuları Ukraynadakı siyasi qarşıdurmanın hazırki və gələcək inkişafı və onun regiondakı ölkələrin xarici siyasəti qarşısında qoyduğu seçimlər ətrafında cəmləşdirilmişdir. Tədbirin iştirakçıları dövlətlərin suverenliyi və ərazi bütövlüyü məsələlərinin vacibliyini qeyd etmis və beynəlxalq təhlükəsizlik mexanizmləri, o cümlədən beynəlxalq əməkdaşlığın vacibliyini müzakirə etdilər.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA