Sahibə Qafarova Baronessa Emma Nikolsonla görüşüb
09-03-2022 [15:22]
Martın 9-da Milli Məclisin sədri Sahibə Qafarova Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson ilə görüşüb.
Mia.az Milli Məclisə istinadla bildirir ki, spiker Sahibə Qafarova, onunla əvvəlki görüşlərini məmnunluqla xatırladıb. O, Emma Nikolsonun ölkəmizə bir neçə dəfə səfər etdiyini vurğulayaraq, bu səfərin ikitərəfli münasibətlərin daha da dərinləşməsinə töhfə verəcəyinə inamını ifadə edib.
Bu il Azərbaycanla Böyük Britaniya arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinin qeyd olunduğunu söyləyən Milli Məclisin sədri iki ölkə arasında münasibətlərin dostluq və strateji tərəfdaşlıq xarakteri daşıdığını bildirib.
Sahibə Qafarova ölkələrimiz arasındakı əlaqələrin inkişafında parlamentlərin müsbət rolunu vurğulayaraq, qeyd edib ki, ali qanunverici orqanlarımızın üzvləri arasında xoş münasibətlər mövcuddur. Bu münasibətlər parlamentlər arasında həm ikitərəfli, həm də çoxtərəfli formatda əməkdaşlığımızda özünü büruzə verir. Hər iki ölkə parlamentlərində İşçi qrupları uğurla fəaliyyət göstərirlər.
Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson da ölkələrimiz arasında münasibətlərin yüksək səviyyəsini qeyd edərək, 30 il ərzində ikitərəfli əlaqələrdə əldə olunmuş nailiyyətlərdən danışıb. O, həmçinin, parlamentləarası münasibətlərin də uğurlu inkişafından razılığını bildirib, deputatlarımızın Avropa Şurası Parlament Assambleyası çərçivəsində əməkdaşlığını qeyd edib.
Görüşdə 44 günlük Vətən müharibəsində Azərbaycan torpaqlarının işğaldan azad olunmasından sonra regionda yaranmış yeni vəziyyət, azad olunmuş ərazilərimizdə aparılan geniş bərpa və quruculuq işləri haqqında da məlumat verilib. Milli Məclisin sədri bildirib ki, hazırda Azərbaycan işğaldan azad olunmuş əraziləridə öz imkanları hesabına genişmiqyaslı infrastrukturun yaradılması, yeni müasir yolların salınması, elektrik enerjisi ilə təminat işləri ilə yanaşı, ərazilərin minalardan təmizlənməsi istiqamətində də tədbirlər həyata keçirir. Bu işlər məcburi köçkünlərin öz yurd-yuvalarına təhlükəsiz şəkildə qayıtması üçün çox vacibdir.
Görüşdə həmçinin ölkələrimiz arasında iqtisadi, ticarət, təhsil, mədəniyyət və digər sahələrdə əməkdaşlığın genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi