Azərbaycanı “Avroviziya-2022”də təmsil edəcək mahnı seçilib

img

07-03-2022 [09:12]


Azərbaycanı “Avroviziya-2022”də təmsil edəcək mahnı seçilib.

Mia.az xəbər verir ki, bu barədə ölkəmizin təmsilçisi Nadir Rüstəmli bildirib.

“Ən çox sizinlə paylaşmaq istədiyim xəbəri nəhayət paylaşıram – mahnımız seçilib. Hətta onu artıq studiyada da yazmışıq. Seçim mərhələsində o qədər həyəcanlı idim, məhz bu mahnının seçilməsini istəyirdim və elə də oldu”, - ifaçı qeyd edib.

Mahnının adı yaxın günlərdə açıqlanacaq.

Qeyd edək ki, İtaliyanın Turin şəhərində keçiriləcək və şüarı "The sound of beauty" ("Gözəlliyin səsi") olan "Avroviziya-2022" mahnı müsabiqəsinin yarımfinal mərhələləri mayın 10 və 12-də, final mərhələsi isə mayın 14-də "PalaOlimpico"da baş tutacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR