Ukrayna ordusu Krımda atəş açmaq əmri aldı

img

19-03-2014 [01:22]



Ukrayna Müdafiə nazirliyi Krım Muxtar Respublikasında yerləşən Ukrayna hərbi bazalarında xidmət çəkən hərbçilərə odlu silahlardan istifadə etməyə icazə verib. 

ANS PRESS-in məlumatına görə Ukrayna Müdafiə nazirliyinin yaydığı xəbərdə bildirilir:
"Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı və müdafiə nazirinin səlahiyyətlərini müvəqqəti icra edən şəxsin verdiyi qərara əsasən, Ukrayna Silahlı Qüvvələrinin baş qərargah rəisinin əmrinə uyğun olaraq Krım Muxtar Respublikasına dislokasiya edilmiş Ukrayna Silahlı Qüvvələrinə məxsus hərbi hissələrdə odlu silahdan istifadə edilməsinə icazə verilsin”.

Xatırladaq ki, bir neçə saat bundan əvvəl Simferopolda binaların birindən Ukrayna hərbi bazasına atəş açılmışdı. Nəticədə Ukrayna özünümüdafiə dəstəsinin bir zabiti həlak olub, ikisi isə yaralanmışdı.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA