Rusiya və Ukrayna hərbçiləri arasında atışma başladı, ölən var

img

19-03-2014 [01:20]



 Rusiya xüsusi təyinatlılarının Simferopolda yerləşən Ukrayna Silahlı Qüvvələrinin fotoqrammetriya mərkəzinə həyata keçirdikləri hücum nəticəsində bir Ukrayna hərbçisi həlak olub.

APA-nın "UNİAN”a istinadən verdiyi xəbərə görə, bu barədə "İnformasiya müqaviməti” qrupunun təşkilatçısı Dmitri Timçuk öz Facebook səhifəsində bildirib. Onun sözlərinə görə, Rusiya xüsusi təyinatlılara döyüş dəstəyi "özünümüdafiə” dəstəsi adlandırılan qruplaşmanın üzvləri tərəfindən göstərilib.  


Ukrayna Müdafiə Nazirliyinin Krım üzrə mətbuat mərkəzinin rəhbəri Vladislav Seleznevin sözlərinə görə, hücum nəticəsində fotoqrammetriya mərkəzinin bir əməkdaşı həlak olub. Həlak olan hərbçi hərbi hissə ərazisində növbə çəkirmiş.

Dmitri Timçukun sözlərinə görə, atəş "özünümüdafiə” dəstəsi tərəfindən açılıb. Yaralı hərbçi xəstəxanada keçinib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA