Azərbaycan və Tacikistan parlamentləri əməkdaşlıq sazişi imzalayıb
03-03-2022 [18:43]
Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə rəsmi səfərdə olan Tacikistan Respublikası Ali Məclisi Milli Məclisinin sədri Rüstəm Emoməli ilə görüşüb.
Mia.az xəbər verir ki, qonağı Milli Məclisdə salamlamaqdan məmnunluğunu bildirən Sahibə Qafarova səfərin iki ölkə arasında qarşılıqlı münasibətlərin inkişafına töhfə verəcəyinə inamını ifadə edib. Milli Məclisin sədri iki ölkənin diplomatik əlaqələrinin qurulmasının 30 illik yubileyinin tamam olduğunu qeyd edərək, siyasi, iqtisadi, mədəni-humanitar sahələrdə münasibətlərin inkişafından danışıb.
Sahibə Qafarova ölkələrimiz və xalqlarımız arasında əlaqələrin dərinləşməsində dövlət başçılarının qarşılıqlı səfərlərinin əhəmiyyətini vurğulayıb, imzalanan sənədlərin əhatə dairəsinin genişləndirilməsi üçün daha böyük potensialın olduğunu deyib.
Milli Məclisin sədri Azərbaycanla Tacikistan parlamentləri arasında mövcud əməkdaşlıq əlaqələri barədə fikirlərini bölüşüb, qarşılıqlı parlamentlərarası dostluq qruplarının fəaliyyətini xüsusi qeyd edib.
Sahibə Qafarova bu gün Azərbaycan Respublikasının Milli Məclisi ilə Tacikistan Ali Məclisinin Milli Məclisi arasında imzalanacaq əməkdaşlıq haqqında Sazişin qarşılıqlı münasibətlərimizin inkişafına xidmət edəcəyinə əminliyini bildirib.
Görüşdə Sahibə Qafarova Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı möhtəşəm Zəfər barədə geniş məlumat verib. Diqqətə çatdırıb ki, 2020-ci ildə Azərbaycan Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi və şanlı Ordumuzun şücaəti sayəsində Ermənistanın 30 illik işğalına son qoyaraq 20 faiz ərazisini işğaldan azad edib, bununla da ərazi bütövlüyünü və BMT-nin 4 qətnaməsinin icrasını özü təmin edib. O, qeyd edib ki, Ermənistan 30 il ərzində işğal altında saxladığı şəhər və rayonlarımızda şəhərləri, kəndləri, xalqımıza məxsus tarixi, mədəni abidələri, məscidləri dağıdıb, talan edib.
Spiker işğaldan azad olunmuş ərazilərimizdə aparılan bərpa və quruculuq işləri barədə məlumat verərək nəzərə çatdırıb ki, münaqişə artıq keçmişdə qalıb. İndi ölkəmiz bölgədə uzunmüddətli sülhün və sabitliyin təmin olunmasında maraqlıdır və bu istiqamətdə lazımi addımlar atır. Qısa müddət ərzində çox böyük həcmli işlər görülüb, ərazilərin minalardan təmizlənməsi işinə başlanıb, yeni nəqliyyat infrastrukturu yaradılıb. Azərbaycan həmin ərazilərdən məcburi köçkün olmuş vətəndaşlarının tezliklə öz evlərinə qayıtmasına çalışır. İnanırıq ki, Ermənistan reallığı düzgün qiymətləndirəcək və tezliklə iki ölkə arasında sülh sazişi imzalanacaqdır.
Milli Məclisin sədri işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən layihələrin, Zəngəzur dəhlizinin fəaliyyətə başlamasının regionun daha da inkişafına xidmət edəcəyinə əminliyini ifadə edib.
Görüşdə Tacikistan Respublikası Ali Məclisi Milli Məclisinin sədri Rüstəm Emoməli ölkəmizə səfərə dəvətə görə, spiker Sahibə Qafarovaya təşəkkürünü bildirib.
O, spiker vəzifəsində Azərbaycana ilk rəsmi səfərini etdiyini diqqətə çatdıraraq, Azərbaycanın zəngin parlamentarizm tarixi olduğunu qeyd edib. Nəzərə çatdırıb ki, Tacikistan Azərbaycanla tarixi və mədəni ortaqlığa əsaslanan ənənəvi dostluq əlaqələrini yüksək qiymətləndirir. Azərbaycan Tacikistanın xarici siyasətində mühüm yer tutur. Əlaqələrimiz həm ikitərəfli, həm də çoxtərəfli əsasda, həmçinin beynəlxalq təşkilatlarda əməkdaşlıq çərçivəsində uğurla inkişaf edir.
Söhbət zamanı Rüstəm Emoməli bu gün iki ölkənin parlamentləri arasında imzalanacaq əməkdaşlıq haqqında sazişin iki dost ölkənin parlamentlərarası əlaqələrinin daha da inkişafına kömək edəcəyinə əminliyini bildirib.
Sonra görüşdə ölkələr arasında iqtisadi-ticari, nəqliyyat, təhsil və mədəniyyət sahələrində əlaqələrə dair məsələlər müzakirə olunub.
Görüşdən sonra Azərbaycan Respublikasının Milli Məclisi ilə Tacikistan Ali Məclisinin Milli Məclisi arasında Əməkdaşlıq haqqında Saziş imzalanıb.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi