18-03-2014 [18:05]
Martın 17-də «Jurnalist Araşdırmaları Mərkəzi» İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə gerçəkləşdirdiyi «Bələdiyyələrlə kənd icmalarının səmərəli fəaliyyətinin təşkilinə dair təşəbbüslərin dəstəklənməsi» layihəsi çərçivəsində Cəlilabad rayonu Xanəgah kəndində görüş keçirib. Görüşdən məqsəd layihənin məramına uyğun olaraq yerli kənd əhalisi ilə bələdiyyə arasında səmərəli əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində fikir mübadiləsi aparmaq olub.
Toplantıda çıxış edən JAM sədri Seymur Verdizadə bildirib
ki, demokratik cəmiyyət
quruculuğu prosesində yerli özünüidarə qurumlarının - bələdiyyələrin rolu böyükdür.
Demokratiya bir anlayış kimi şüurlarda hər bir fərdin öz baxışlarını sərbəst
şəkildə ifadə edə biləcəyi mühit kimi assosiasiya olunursa, bələdiyyə struktur
etibarilə həmin baxışların ədalətli praktik fəaliyyət müstəvisində ifadəsinə
yaradılan zəmin mahiyyəti dayışır. Müstəqil Azərbaycan Respublikasında da
bələdiyyələrə mövcud nöqteyi-nəzərdən yanaşılır. «Azərbaycanda ilk bələdiyyə seçkiləri 1999-cu
ildə keçirilib. Ötən on dörd il müddətində bələdiyyələrin cəmiyyət həyatındakı
rolu artan xətt üzrə inkişaf edib. Lakin buna baxmayaraq onlar bir institut
kimi yenidirlər, fəaliyyətləri heç də bütün hallarda oturuşmuş xarakter
almayıb. Buna səbəb kimi bir sıra obyektiv və subyektiv amillərdən də söz açmaq
mümkündür. Lakin başlıca qeyd edilməli məqam bələdiyyələrin ictimai
problemlərin həllinə istiqamətləndirilməsidir ki, bu missiyanın
reallaşdırılmasında başlıca iş qeyri-hökumət təşkilatlarının, vətəndaş
cəmiyyətlərinin üzərinə düşür», deyən S.Verdizadə onu a deyib ki, mart-iyun
ayları ərzində gerçəkləşdiriləcək layihə çərçivəsində Cəlilabad, Tərtər
rayonlarının bir neçə kəndində və Mingəçevir şəhərində yerli əhali ilə
bələdiyyə nümayəndələrinin görüşlərinin təşkili, mövcud istiqamətdəki dünya
təcrübəsinin bölüşülməsi, əldə edilmiş nəticələrlə bağlı medianın mütəmadi
şəkildə məlumatlandırılması planlaşdırılır.
Toplantıda
çıxış edən «RUH» Jurnalistləri Müdaifə Komitəsinin icraçı direktoru Əvəz
Rüstəmov bildirib ki, bələdiyyələrin yerli icmanın işinə daha yaxından cəlb
edilməsi, eyni zamanda bələdiyyələrin tərkibindəki kəndlərin öz problemlərinin
həllində təşəbbüskar kimi çıxış etmələrinin təminatına, mövcud istiqamətdə
səmərəli iş mexanizminin qurulmasına kömək göstərilməsi vacibdir.
Çıxış
edənlərdən Cəlilabad rayonu Xanəgah kənd icra nümayəndəsi Ərəstun Əliyev,
Xanəgah kənd bələdiyyəsinin sədri Zakir Quliyev və başqaları mövzu ilə bağlı
fikirlərini bölüşərkən yerli əhəmiyyətli çətinliklərdən söz açaraq onların
həllinə yönələn təşəbbüslər qaldırıblar. Bildirilib ki, şəhər bələdiyyələrindən
fərqli olaraq kənd bələdiyyəsinin əmlak imkanları geniş deyildir. Bu isə onlara
maddi problemlər yaradır. Mövcud vəziyyətdən çıxmaq üçün kənd bələdiyyələrinə
dövlət tərəfindən yardım edilməsi faydalı olardı. Görüşdə həmçinin ucqar kənd
bələdiyyələrinin nümayəndələrinə bələdiyyə işinin beynəlxalq təcrübəsinə dair
treninqlərin keçirilməsi məqsədəuyğun sayılıb.
Tədbirin
sonunda yerli problemlərin həllinə dəstək məqsədilə 7 nəfərdən ibarət Xanəgah
kənd məhəllə komitəsi yaradılıb.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi