Sevil Əliyeva qadağa qoydu

img

18-03-2014 [17:36]


Londonda «Golden  & Co» şirkəti tərəfindən Azərbaycan oliqarxları üçün xüsusi olaraq hazırlanmış və üzərində ümummilli lider Heydər Əliyevin imzası  olan qızıl korpuslu  «iPhone  5S gold limited» telefonlarının istehsal olunması ilə bağlı ötən gün kütləvi informasiya vasitələrində yayılmış məlumatlara Heydər Əliyevin qızı Sevil Əliyeva münasibət bildirib. Spacenews.az-ın məlumatına görə, S.Əliyeva  bu hadisədən nəinki sevinmədiyini, əksinə  hiddətləndiyini bildirib:  "İnternet saytlarında yayılmış məlumatlara görə, Londonda «Golden  & Co» şirkəti tərəfindən Azərbaycan oliqarxları üçün  atam, ümummilli lider Heydər Əliyevin imzası həkk olunmuş qızıl korpuslu "iPhone  5S" telefonları buraxılıb.   Bu hadisə məni nəinki sevindirmədi, hətta hiddətləndirdi. Azərbaycan üçün ən mühüm, ən taleyyüklü sənədlərdə olan, ölkənin xilaskarı və qurucusu dahi Heydər Əliyevin imzasının kiminsə cibində və ya çantasında gəzdirdiyi məişət əşyalarının üzərində olmasını böyük günah hesab edirəm. Mən Heydər Əliyevin qızı kimi  belə xoşagəlməz hallara kəskin etiraz edir və qadağa qoyuram”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA