HƏBSDƏ OLAN SABİQ İCRA BAŞÇISININ MÜAVİNİNİN "RÜŞVƏT SİYAHISI" YAYILDI: "İcra başçısı dedi ki, kim pul verməsə..." - Sensasiyalı ifadə
02-03-2022 [16:17]
Ağstafa Rayon İcra Hakimiyyətinin (RİH) keçmiş başçısının həbsdə olan sabiq müavini Ramiz Tatarovun istintaqa verdiyi bəzi ifadələr məlum olub.
Mia.az Report-a istinadla xəbər verir ki, o, istintaqda dindirilən zaman özünü elan edilmiş ittiham üzrə təqsirli bilib.
İfadəsində göstərib ki, həbsdə vəfat edən Ağstafa RİH-in keçmiş başçısı Nizaməddin Quliyev 2019-cu ilin aprel ayının 5-də rayon icra başçısı təyin edildikdən sonra kənd icra nümayəndələrindən və bələdiyyələrdən onun vasitəsilə, eləcə də özü rüşvət toplamağa başlayıb.
R.Tatarov deyib ki, N.Quliyev onu yanına çağırıb icra nümayəndələrinə və bələdiyyələrə söz göndərməyini istəyib: “Nizaməddin Quliyev kim onun istədiyi məbləği verməsə, həmin şəxsi işdən azad edəcəyini bildirdi. Onun tapşırığı əsasında kənd icra nümayəndələrindən və bələdiyyələrdən müxtəlif məbləğlərdə rüşvət yığıldı, sonradan həmin pulların hamısını Nizaməddin Quliyevə verdim”.
İttihamda qeyd edilib ki, N.Quliyevin xidməti otağına baxış zamanı üzərində “Düzqışlaq 5000”, “Xətai 5000”, “Musayev Bəhram 180 ha üçün 1500”, “Həsənzadə İsaq 300 ha üçün 2500”, “Aslanov Mahal 100 ha üçün 1000”, “Mehdiyev Ədalət 25 ha üçün 300”, “Poylu bağça 1500”, “Sadıqlı bağça 5000”, “Böyük Kəsik bağça 4000”, “Ağgöl bağça 3000”, “Zəlimxan 2000”, “Ömərov Pərviz 400 ha 4000”, “Həsənov Əli Kərəm oğlu 5000”, “Abadlıq 4000”, “Pirili bağça (gözətçi) 1000”, “Qırılı bağça 1500”, “Qarahəsənli bağça 1000”, Həsənov Şahsevər Bəhruz oğlu 123 ha 1000”, “Poylu Qəsəbə (Nümayəndə) 4000”, “Aşağı Kəsəmən 4000”, “Saloğlu 3000”, Köçvəlli 3000”, “Qarayazı bağça 1500”, “B.kəsik tikinti 2000”, “Əlicanov Ramiz 350 ha 2000”, “Qarayazı bağça (gözətçi) 1000”, “Komoxoz 12000”, “Qızılı 1 saylı bağça 1500”, “Q.Kəsəmən bağça gözərçi 2000”, “Sadıqlı bağça 1500”, “Köçəsgər bağça (tərbiyəçi) 1000”, Sadıqov Hacı 141 ha 1500”, “Mustafayev Elşən 500 ha 4000”, “Komoxoz yeni iş 10000”, “Karxan 5000”, “Karxan 5000”, “Karxan 2000”, “Osmanova Gülnarə 300 2500”, “Ömərov Usub 514 4000”, “Komoxoz 10.000”, “Xətai bağça 1500”, “Mikayılov Azər 190 ha 1500”, “Aşağı Göyçəli 2000”, “Qarahəsənli 2000”, “Q.Kəsəmən 3000”, “Sadıqlı 2000”, “Qızılı 2000”, “KolXəlfəli 2000”, “Tatlı 2000”, “Tatlı mühasib 1500”, “Qarayazı mühasib 1500”, “Vurğun bağça 075 1000”, “Həsənsu 2000”, “Vurğun 5000”, “Böyük Kəsik 3000”, “Düzqışlaq 2000”, “Pirili 3000”, “Xanəliyev Binnət 60 ha 500”, “Muqanlı 3000”, “Göyçəli 3000”, “Poylu 3000”, “Poylu qəsəbə 2000”, “Xılxına 2000”, “Bağça (Hesabat var) 6000”, “Səhiyyə (hesabat var) 5000”, “Xətai bələdiyyə 2000”, “Həsənsu bağça 1500”, “Q.Kəsəmən tikinti 1500” adlar və məbləğlər yazılmış 23 ədəd kağız parçası aşkarlanıb.
R.Tatarov bu epizod üzrə söyləyib ki, vərəqlərdə göstərilən adlar - icra ümayəndələrinin, bələdiyyələrin, bağça müdirlərinin, torpaq sahiblərinin adları olub: “Adların qarşılarında yazılmış məbləğlər isə onlardan rüşvət qismində alınan pullar idi. Həmin kağız parçaları mənim xəttimlə yazılıb. Nizaməddin Quliyev gün ərzində yığılan rüşvətlərin alındığı şəxslərin adları və məbləğləri qeyd edilmiş kağız parçasına yazılmasını tapşırmışdı. Mən də onun tapşırığı ilə aldığım pulların məbləğini kağız parçalarının üzərinə yazdım. Daha sonra pulları qeyd etdiyim kağız parçalarının arasına qoyaraq birlikdə Nizaməddin Quliyevin xidməti otağında ona verdim”.
O, dindirilən zaman deyib ki, Ağstafa Rayon İcra Hakimiyyətinin başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Lalə Eyyubova Qarayazı qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndə Mikayıl Mikayılovun qəsəbənin bağçasına iki nəfər şəxsin gözətçi kimi işə düzəlməsini təklif edib.
O söyləyib ki, L.Eyyubovanın bu təklifini həbsdə vəfat edən Ağstafa RİH-in keçmiş başçısı Nizaməddin Quliyevə çatdırıb: “Nizaməddin Quliyev qeyd olunan şəxslərin Qarayazı bağçasına gözətçi kimi işə düzəlmələri üçün hər birindən 3000 manat tələb etdi. Onun bu tələbini Lalə Eyyubovaya bildirdim. 2019-cu ilin sentyabr ayının ortalarında Lalə Eyyubova həmin qəsəbənin bağça müdiri Rəsmiyyə Əhmədova vasitəsilə Ağakişiyev Fazil Maksim oğlu və Yaqubova Zülfiyyə Hüseyn qızından hərəsindən 3000 alaraq, ümumilikdə 6000 manat pulu mənə təqdim etdi. Mən də həmin pulu Nizaməddin Quliyevə xidməti otağında verdim”.
R.Tatarov ifadəsinin davamında qeyd edib ki, N.Quliyev vəzifəyə təyin olunduqdan bir müddət sonra rayon ərazisində fəaliyyət göstərən bağça müdirlərindən rüşvət tələb etməyə başlayıb: “Nizaməddin Quliyev bəzən bunu rayonda abadlıq aparılması adı altında edirdi. O, bununla bağlı mənə birbaşa göstəriş vermişdi. Rayon ərazisində fəaliyyət göstərən bağçaların fəaliyyətinə Lalə Eyyubova nəzarət edir. Mən də Nizaməddin Quliyevin tələbini Lalə Eyyubovaya çatdırmışdım.
Nizaməddin Quliyevin tapşırığına əsasən, Lalə Eyyubova vasitəsi ilə 2019-cu ilin oktyabr ayının əvvəllərində Ağstafa rayon Vurğun qəsəbəsində fəaliyyət göstərən 1 saylı Körpələr evi-uşaq bağçasının müdiri Fatapur Afaq Bayraməli qızından 2000 manat, 2019-cu ilin avqust ayının sonlarında Ağstafa rayon Vurğun qəsəbəsində fəaliyyət göstərən 2 saylı Körpələr evi-uşaq bağçasının müdiri Qasımova Rahilə Əli qızından 2500 manat, 2019-cu ilin noyabr ayının sonlarında Ağstafa rayon Böyükkəsik kənd uşaq bağçasının müdiri Hüseynova Sədaqət Baba qızından 1700 manat, 2019-cu ilin oktyabr ayında Ağstafa rayon Sadıqlı kənd uşaq bağçasının müdiri Mustafayeva Rəsmiyyə Veysəl qızından 1500 manat, Ağstafa rayon Qırılı kəndində fəaliyyət göstərən bağçanın müdiri Nağıyeva Zahirə Əmiraslan qızından 2000 manat, Ağstafa rayon Poylu qəsəbəsində fəaliyyət göstərən bağçanın müdiri Hüseynova Zərnişan Mığır qızından 1000 manat, 2019-cu ilin sentyabr ayında Qırlı kənd uşaq bağçasının müdiri Allahverdiyeva Xalidə Hidayət qızından 1500 manat, 2019-cu ilin noyabr ayının sonlarında Qarayazı qəsəbəsində fəaliyyət göstərən bağçasının müdiri Əhmədova Rəsmiyyə Xəlil qızından 1800 manat məbləğində rüşvət alınıb. Mən də həmin rüşvəti sabiq icra başçısının xidməti otağında Nizaməddin Quliyevə təqdim etmişəm.
Nizaməddin Quliyevin tələbi ilə Köçəsgər kənd 1 saylı uşaq bağçasının müdiri Rəhimova Sevda Fərhad qızının 2500 manat məbləğində rüşvət verməli olduğunu Lalə Eyyubovaya bildirdim. Bir müddət sonra Lalə Eyyubova Sevda Rəhimovanın həmin pulu verməkdən imtina etdiyini dedi. Bu barədə Nizaməddin Quliyevə söylədim. O, bununla bağlı heç bir göstəriş vermədiyi üçün məsələ olduğu kimi qaldı.
Daha sonra Məmmədova Gülsarə Səlim qızı və Mirzəyev Elman Telman oğlu işlə təmin olunmaq üçün icra hakimiyyətinə müraciət etdi. Rayonun Pirili kənd bağçasında iki vakant gözətçi yeri olduğu üçün qeyd olunan şəxslərin həmin bağçalara namizədliyi irəli sürüldü. Nizaməddin Quliyevin tapşırığı ilə Lalə Eyyubovaya həmin şəxslərlə əlaqə saxlamasını və hər birinin 1000 manat məbləğində rüşvət verməli olduğunu bildirdim. 2019-cu ilin avqust-sentyabr aylarında Lalə Eyyubova vasitəsilə Gülsarə Məmmədova və Elman Mirzəyevin hər birindən 1000 manat olmaqla, ümumilikdə 2000 manat məbləğində pul vəsaitləri alaraq, Nizaməddin Quliyevə verdim. Alınan pul məbləğlərinin miqdarını Nizaməddin Quliyev müəyyən etmişdi”, - R.Tatarov ifadəsində bildirib.
Qeyd edək ki, N.Quliyev və R.Tatarov 2019-cu ilin dekabr ayında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən keçirilən əməliyyat nəticəsində həbs olunub.
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə N.Quliyev 9 il və R.Tatarov isə 8 il 6 ay müddətində azadlıqdan məhrum ediliblər.
2021-ci il sentyabrın 7-də N.Quliyev Gəncə şəhər modul tipli xəstəxanasında koronavirusdan vəfat edib.
Gəncə Apellyasiya Məhkəməsinin qərarına əsasən, N.Quliyevin cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilib. Onun əmlakının üzərinə qoyulmuş həbs götürülüb.
Məhkəmə R.Tatarovun ittiham olunduğu Cinayət Məcəlləsinin 313-cü (Vəzifə saxtakarlığı) maddəsi müddət keçdiyi üçün ittihamdan çıxarılıb və cəzası 3 ay azaldılıb.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi