Azərbaycanın 9 icra başçısı xaricə səfərə aparılıb - FOTO

img

18-03-2014 [10:47]


Azərbaycanın bir sıra şəhər və rayon icra hakimiyyətləri başçılarından ibarət nümayəndə heyəti martın 9-16-da İsveçrədə işgüzar səfərdə olub. 
Azərbaycanın İsveçrə və Lixtenşteyndəki səfirliyindən Modern.az saytına verilən məlumata görə, səfərin məqsədi İsveçrənin yerli idarəetmə sistemi ilə yaxından tanış olmaq, mövcud təcrübədən faydalanmaq və ikitərəfli regionlararası əməkdaşlığı gücləndirmək olub. 
Lənkəran, Biləsuvar, Qubadlı, Siyəzən, Culfa, Xızı, Qobustan, Balakən və Ağstafa icra hakimiyyətlərinin başçılarından ibarət nümayəndə heyəti Bern, Luqano, İnterlaken, Frauenfeld və Şvits şəhərlərinə işgüzar səfərlər edib və həmin şəhərlərin rəhbərləri ilə görüşlər keçirib.
Görüşlərdə İsveçrədə yerli idarəetmənin təşkili, şəhər planlaşdırılması, şəhər təsərrüfatının idarə edilməsi və s. mövzular ətrafında fikri mübadiləsi aparılıb.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA